CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nepal Azərbaycan brendinin tətbiqində maraqlıdır

© REUTERS / Navesh ChitrakarЗрители наблюдают за ежегодным фестивалем Nil Barahi в Боде, Непал
Зрители наблюдают за ежегодным фестивалем Nil Barahi в Боде, Непал  - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda elektron hökumət quruculuğu istiqamətində ciddi addımların atıldığını vurğulayan müəllif bu istiqamətdə turizm potensialının inkişafı üçün uğurlu "ASAN Viza" nümunəsini diqqətə çatdırıb

BAKI, 7 may — Sputnik. Nepal Asiya Diplomatiya və Beynəlxalq Əlaqələr İnstitutunun rəhbəri Sunil KC-nin "The Rising Nepal" qəzetində məqaləsi dərc olunub. Məqalədə diqqətə çatdırılıb ki, Nepal Baş Naziri 2019-cu ildə Azərbaycana Qoşulmama Hərəkatı Sammiti çərçivəsində səfər edib. Bu barədə "ASAN Xidmət"dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, Azərbaycanda "ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanları tərəfindən 320 xidmət həyata keçirilir.

Azərbaycanda elektron hökumət quruculuğu istiqamətində ciddi addımların atıldığını vurğulayan müəllif bu istiqamətdə turizm potensialının inkişafı üçün uğurlu "ASAN Viza" nümunəsini diqqətə çatdırıb.

Həmçinin vurğulanıb ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində Nepalda "ASAN xidmət" modelinin tətbiqi ölkə iqtisadiyyatının inkişafına təkan verə bilər.

Xəbər lenti
0