05:51 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
59 0 0

Zaur Əliyev bildirib ki, İrana gedib-gəlmələrə görə cənub zonasında belə ocaqlar meydana gəlirdi. Dünən Salyanda da belə ocaq aşkarlanıb

BAKI, 6 may — Sputnik. "Koronavirusa yoluxma ilə bağlı tək-tək ocaqlar meydana çıxır. Dünən Salyanda da belə ocaq aşkarlandı. Belə ocaqları aşkarlamağa çalışırıq".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev məlumat verilib. O qeyd edib ki, cənub və şimal zonasında həftədə bir neçə dəfə vətəndaşlar sərhəddən keçirdi: "Biz əvvəldən bildirmişik ki, kim sərhədi keçirsə, mütləq karantinə götürülür və test olunur. İrana gedib-gəlmələrə görə cənub zonasında belə ocaqlar meydana gəlirdi. Dünən Salyanda da belə ocaq aşkarlandı".

Z.Əliyevin sözlərinə görə, son zamanlar Gəncədə virusa yoluxanların sayında artım qeydə alınıb: “Şəhərə İşçi qrupu ezam olundu və araşdırma aparıldı. Təəssüflər olsun ki, orada karantin rejiminə düzgün əməl olunmadığına görə yoluxma artmışdı".

Əsas mövzular