CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda və Bakıda koronavirusa daha çox harada yoluxma var?

Abunə olmaq
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, ölkəmizdə koronavirusa yoluxanların 54 faizi qadınlardır

BAKI, 6 may — Sputnik. Azərbaycanda ən çox koronavirusa yoluxma 50-59 yaş arasındadır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev məlumat verib.

 Təcili yardım briqadası - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanda koronavirusdan ölənlərin sayı artdı

O, bildirib ki, ölkəmizdə koronavirusa yoluxanların 54 faizi qadınlardır. Onun sözlərinə görə, vəfat edənlər arasında 60-69 yaş arası üstünlük təşkil edir”. 

Z. Əliyev həmçinin bildirib ki, Bakıda koronavirusa yoluxma faktı daha çox Yasamal və Sabunçu rayonlarında qeydə alınıb. Buna səbəb bir şəxsin eyni anda bir neçə nəfəri yoluxdurması olub: “Yasamalda koronavirusa yoluxma  22,65 faiz, Sabunçuda isə 12,2 faizdir”.

Ümumi statistikaya gəldikdə, Bakı üzrə 45,3, Gəncə-Qazax bölgəsində virusa 14,1 faiz, Abşeronda 5,6 faiz,  Lənkəranda 10 faiz, Aranda 9,5 faiz, Quba-Xaçmazda 2 faiz, Şəki-Zaqatalada 1,2 faiz, Dağlıq Şirvanda 1,2 faiz, Yuxarı Qarabağda 0,9 faiz, Naxçıvanda 0,2 faiz yoluxma baş verib. Xaricindən gələnlərdə koronavirusa yoluxma 10,1 faizdir.

Xəbər lenti
0