05:12 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
11 0 0

Meyit həmin gün ailəsinə təhvil verilib.Meyit həmin gün ailəsinə təhvil verilib.Meyit həmin gün ailəsinə təhvil verilib.

BAKI, 6 may — Sputnik. Qazaxıstan sahil mühafizəçilərinin açdığı atəş nəticəsində öldürülən Azərbaycan vətəndaşının meyiti Azərbaycan tərəfinə qaytarılıb.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, mayın 6-da Xəzər dənizinin mərkəzi istiqamətində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi tərəfindən 30 aprel 2020-ci il tarixdə Qazaxıstan Respublikasının Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Xəzər dənizində 4 nəfər Azərbaycan Respublikası vətəndaşının saxlanılması zamanı silahın tətbiqi nəticəsində həyatını itirmiş Neftçala rayonu sakini, 1969-cu il təvəllüdlü İbrahimov Qəhrəman Kamil oğlunun cənazəsi qəbul edilib.

Meyit həmin gün ailəsinə təhvil verilib.

Əlaqədar

Qazaxıstan sərhədçiləri azərbaycanlını öldürdülər, rəsmi Bakı nota verdi

Əsas mövzular