CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yerdə “cənnət” quran şəxs: “Zibil qabını təpiklə aşırıb, deyirlər ki, bağ zibillidir”

© Sputnik / Irade JELILDendroloji park
Dendroloji park - Sputnik Azərbaycan
Abunə olmaq
"Dendrologiya İnstitutu həmişə baxımlı olub. İnsanlar başa düşməlidir ki, həmişəyaşıl bitkilərin qozaları tökülməlidir, küləklər əsir, otlar, yarpaqlar ətrafa yayır. Bu baxımsızlıq deyil, təbiətdir. Gündəlik işlər aparılır".

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 6 may — Sputnik. "Dendrologiya İnstitutu həmişə baxımlı olub. İnsanlar başa düşməlidir ki, həmişəyaşıl bitkilərin qozaları tökülməlidir, küləklər əsir, otlar, yarpaqlar ətrafa yayır. Bu baxımsızlıq deyil, təbiətdir. Gündəlik işlər aparılır".

Bu barədə Sputnik Azərbaycan-a AMEA-nın müxbir üzvü, Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov danışıb.

O bildirib ki, hazırda Dendrologiya İnstitutu dünyanın ən böyük botanika bağlarından biri hesab edilir: "Müəyyən jurnalistlər var, onlar gəlib zibil qabını dağıdıb, zibili yerə töküb, gedib yazırlar ki, park zibillidir. Mən belə şeylərə əhəmiyyət vermirəm. Gəlin, olandan danışaq. Bu gün Dendrologiya İnstitutu Dünya Botanika Bağlarının üzvüdür. Bura həm elm, həm növ kolleksiyasına görə çox zəngindir. Son illər institutda tarixi abidələr təmir olunur. Karantin dövrü olmasına baxmayaraq hamı işdədir. Aqrotexniklərin hamısı bağda çalışır. Burada işə olan maraq dairəsinə görə hər kəsin tədqiqat obyekti, ərazisi var".

© Sputnik / Irade JELILDendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov
Yerdə “cənnət” quran şəxs: “Zibil qabını təpiklə aşırıb, deyirlər ki, bağ zibillidir” - Sputnik Azərbaycan
Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov

T.Məmmədovun sözlərinə görə, ərazi hər gün nəzarətdədir.

Hazırda bitkilər üçün xəstəliklər mövsümü olmasına baxmayaraq, T.Məmmədovun sözlərinə görə, bağda bitkilər arasında hansısa xəstəlik yoxdur.

"Bundan əlavə bizim "şikayət və təkliflər" kitabımız var. Biz o kitabı səyahətçilərə veririk ki, öz irad və təkliflərini yazsınlar", – deyə o bildirib.

Qeyd edək ki, bağın 150 yaşı var. Burada yerləşən tarixi abidələrin hamısı yenidən bərpa edilib.

© Sputnik / Irade JELILDendroloji park
Yerdə “cənnət” quran şəxs: “Zibil qabını təpiklə aşırıb, deyirlər ki, bağ zibillidir” - Sputnik Azərbaycan
Dendroloji park

T.Məmmədov hesab edir ki, bu gün bu abidələri bərpa etmək asan deyil. Çünki bu günə qədər bir dəfə də olsun bağ üçün əsaslı tikintiyə vəsait ayrılmayıb. Amma buna baxmayaraq, təmir işləri aparılır və bağın suvarılması üçün Binədən su da çəkilib.

"Bu su eyni zamanda bütün yaşıl ərazilərin suvarılması üçün nəzərdə tutulub. Bura heç vaxt su xətti çəkilməmişdi. Binaların təmiri, institut üçün yeni bina tikintisi, laboratoriya... hamısı yeni gördüyümüz işlərdir. Laboratoriyamız ən müasir avadanlıqlarla təchiz edilib. Biz bu avadanlıqlarla bitkilərin yaşı, keçdiyi davamlılıq meyarları haqqında məlumatlar əldə edə bilirik", – deyə T.Məmmədov əlavə edib.

© Sputnik / Irade JELIL
Dendroloji park - Sputnik Azərbaycan
1/4
© Sputnik / Irade JELIL
Dendroloji park - Sputnik Azərbaycan
2/4
© Sputnik / Irade JELIL
Dendroloji park - Sputnik Azərbaycan
3/4
© Sputnik / Irade JELIL
Dendroloji park - Sputnik Azərbaycan
4/4
1/4
2/4
3/4
4/4

Onun sözlərinə görə, bu gün bəşəriyyəti narahat edən əsas problem iqlim dəyişikliyidir. Dendrologiya İnstitutunun alimlərinin araşdırmaları Böyük Qafqazda, Kiçik Qafqazda baş verən iqlim dəyişkənliyinin ciddi stresslər yaşatdığını sübut edir: "Tədqiqatlarımız kiçik tədqiqatlar deyil. Onu da vurğulayaq ki, bu gün iqlim dəyişkənliyi koronavirus qədər təhlükəlidir. Bütün xəstəliklərin başlanğıcı buradan başlayır. Görürsünüz ki, bütün dünya koronavirusun nədən yarandığını, haradan gəldiyini müəyyən edə bilmir. Ancaq düşünün, iqlim dəyişkənliyi nəticəsində Antraktidada, Şimal Buzlu Okeanında buzların əriməsi, vaxtilə məhv olmuş heyvanların üzə çıxması, bitkilərdə olmuş xəstəliklərin tədricən üzə çıxması ilə nəticələnir".

T.Məmmədov respublikaya digər ölkələrdən gətirilən ağac və kollarda müxtəlif xəstəliklərin ola biləcəyini də bildirir. Onun sözlərinə görə, bu xəstəliklərin öyrənilməsi bu gün ən vacib şərtlərdən biridir.

© Sputnik / Irade JELILDendroloji park
Yerdə “cənnət” quran şəxs: “Zibil qabını təpiklə aşırıb, deyirlər ki, bağ zibillidir” - Sputnik Azərbaycan
Dendroloji park

"Dediyim kimi, bizdə elə avadanlıqlar var ki, bitkilərin sağlamlıq dərəcəsini müəyyən edə bilirik. Bitkilərin mühafizəsində bu avadanlıqlar təkcə Dendrologiya İnstitutunda var. Ancaq müvafiq təşkilatlar bizimlə çalışmalıdır. Ümumiyyətlə, Akademiyanın tədqiqatları bəzi nazirliklər tərəfindən qəbul edilmir. Bu ağrılıdır. Bu kompleks tədbirlər birgə aparılmasa, bizi hansı fəsadlar gözləyir, onu deyə bilmərəm. Bəlkə də elə bir nəticə verər ki, ölkə üçün əhəmiyyət daşıya bilər", - T.Məmmədov əlavə edib.

Həmsöhbətimiz hesab edir ki, nə qədər təbliğat aparılsa da, alimlərin gördükləri işlərə, araşdırmalara önəm verilmir: "Biz apardığımız araşdırmaların nəticəsini Akademiyaya təqdim edirik. Oradan Nazirlər Kabinetinə göndərilir və məsələ bağlanır. Sanki bu elm heç kimə lazım deyil. Bir ölkənin elmi, tarixi, mədəniyyəti yoxdursa, o ölkə yoxdur. Biz Azərbaycan alimlərinin qiymətini bilmirik. Azərbaycan alimləri dünyanın müxtəlif ölkələrində çalışırsa, deməli savadlıdırlar. Savadlı alimlərimiz ailələrini saxlamaq üçün xarici ölkələrə üz tuturlar. Biz çalışmalıyıq ki, alimlərimizin aldığı nəticələri reklam edək. Dövlət qurumları çalışmalıdır ki, onlarla işləsin. Təşkilatlar alınan nəticələrdən istifadə etsələr, xeyli iqtisadi inkişaf əldə edərlər. Biz çalışırıq ki, Azərbaycanda elmə dəyər verilsin. Ziyalılarımızın apardığı nəticələr ölkədə istifadə olunsun. Ancaq alimi diqqətsiz buraxmaq olmaz. Dövlət elmə böyük vəsait ayırır, insanlar çalışır, lakin bunun nəticəsi yoxdur. Alim də görəndə ki, onun yazdıqlarına heç tüpürən yoxdur, o da ruhdan düşür".

Xəbər lenti
0