CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhur aparıcımız dəlləklik öyrəndi – Öz başında

© Instagram / kamalapiriyevaATV kanalının aparıcısı Kəmalə Piriyeva
ATV kanalının aparıcısı Kəmalə Piriyeva - Sputnik Azərbaycan
Abunə olmaq
Prosesi tam olaraq lentə alan aparıcı paylaşdığı videoya bu fikirləri əlavə edib: "Salonların bağlı vaxtı saçlarımı evdə özüm boyadım. Bu vaxta montaj edib çatdırdım".

BAKI, 5 may — Sputnik. ATV kanalının aparıcısı Kəmalə Piriyeva "Instagram" hesabında maraqlı paylaşım edib. Sputnik Azərbaycan xəbər verir ki, cazibədar xanım karantin dövründə qarşılaşdığı problemdən özü çıxış yolunu tapıb.

Belə ki, o salonların bağlı olmasını nəzərə alaraq saç düzümü və makiyajını özü etmək qərarına gəlib. Prosesi tam olaraq lentə alan aparıcı paylaşdığı videoya bu fikirləri əlavə edib: "Salonların bağlı vaxtı saçlarımı evdə özüm boyadım. Bu vaxta montaj edib çatdırdım".

View this post on Instagram

A post shared by Kamala Piriyeva 09.01.90 (@kamalapiriyeva) on

Qeyd edək ki, Kəmalə Piriyeva 2007-ci ildə ATV kanalında "Yeni ulduz 7" yarışında aparıcı kimi fəaliyyətə başlayıb. Daha sonra isə o, "Bizim səhər", "Xalq ulduzu", "CinemaAtv", "Atv maqazin", "Qaça-Qaç", "Piknik", "Mətbəx işi", "Azərbaycanın Səsi Bala" kimi verilişlərdə aparıcılıq edib. Bu illər ərzində o, aktrisalıq fəaliyyəti ilə də məşğul olub. İlk dəfə ATV-də yayımlanan "Sirr" serialında rol alan Piriyeva daha sonra "Sonuncu fəsil", "Miras", "Palata 106", "Vicdan haqqı", "Ər və arvad" seriallarında yaddaqalan obrazlar yaradıb.

Xəbər lenti
0