CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda 1 manatlıq taksilər əvəzlənəcək

© Photo : Baku Transport AgencyОстановки для такси
Остановки для такси - Sputnik Azərbaycan
Abunə olmaq
Bakının mərkəzi və şəhəri bir-birinə bağlayan qəsəbələrin marşrut xətləri problemi həll edildikdən sonra qəsəbələrarası və daxili marşrut xətləri üzrə işlər həyata keçiriləcək

BAKI, 4 may — Sputnik. “Ekspres xətlərin qalması analiz olunacaq. İctimai nəqliyyatda metro və avtobus bir-birini tamamlamalıdır. Pandemiya dövründə 1 manatlıq taksilərin fəaliyyətini analiz etmişik. Növbəti dövrdə xüsusi ekspres marşrut taksi sisteminin tətbiq edilməsi planlaşdırılır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Bakıda qəsəbədaxili və qəsəbəətrafı avtobus şəbəkəsinin azlığı müşahidə edilir. V. Kərimlinin sözlərinə görə,  Bakı Nəqliyyat Agentliyi xətlərin yenilənməsi və yeni avtobusların xəttə buraxılması istiqamətində silsilə tədbirlər keçirir.  Onun sözlərinə görə, Bakının mərkəzi və şəhəri bir-birinə bağlayan qəsəbələrin marşrut xətləri problemi həll edildikdən sonra qəsəbələrarası və daxili marşrut xətləri üzrə işlər həyata keçiriləcək: "Məsələn, Həzi Aslanov-Koroğlu və ya Koroğlu-20 Yanvar istiqamətində ekspres xətlər buraxılacaq”. 

V.Kərimli bildirib ki, ekspres xətlər üzrə marşrut taksilər pik saatlarda fəaliyyət göstərə bilər: "Pik saatlarda Lökbatan qəsəbəsindən Bakının mərkəzinə doğru ciddi tələbat var. Buna sərnişin sıxlığına əsasən baxılacaq”.

Xəbər lenti
0