CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda zubr balası doğulub – FOTO

© Sputnik / Vladimir Gorovyih / Mediabanka keçidДетеныш зубра
Детеныш зубра  - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq zubr balalarının sayı ikiyə çatıb. Bala sağlamdır və artıq yerli şəraitə uyğunlaşaraq sürüyə qoşulub

BAKI, 2 may — Sputnik. İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycana gətirilən zubrlardan daha birinin balası dünyaya gəlib. Artıq zubr balalarının sayı ikiyə çatıb. Bala sağlamdır və artıq yerli şəraitə uyğunlaşaraq sürüyə qoşulub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.

© Photo : Facebook / Ekologiya və Təbii Sərvətlər NazirliyiŞahdağ Milli Parkında yeni doğulan zubr balası
Azərbaycanda zubr balası doğulub – FOTO - Sputnik Azərbaycan
Şahdağ Milli Parkında yeni doğulan zubr balası

O qeyd edib ki,  Şahdağ Milli Parkı ilə İDEA İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması  məqsədilə 2019-cu ilin mayında  Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisinə Fransa və Belçika zooparklarından 12 baş zubr gətirilərək təbiətə buraxılmışdı. Sevindiricidir ki, artıq onların sayı 14-ə çatıb.

Xəbər lenti
0