CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məhkəmə çəkişmələrinin formatı dəyişdi

© REUTERS / Loren ElliottВидеоконференция с помощью сервиса Zoom
Видеоконференция с помощью сервиса Zoom - Sputnik Azərbaycan
Abunə olmaq
“Elektron məhkəmə” informasiya sistemində yaradılmış yeni proqram məhsulu vasitəsilə məhkəmə proseslərinin onlayn rejimində videokonfrans formasında həyata keçirilməsi mümkündür

BAKI, 30 aprel — Sputnik. Məhkəmə proseslərinin aparılma qaydasına dəyişiklik edilib. 

Bu barədə Ədliyyə Nazirliyindən Sputnik Aərbaycan-a verilən məlumatda deyilir.

Məlumata görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanı yaradılıb. Bununla əlaqədar dövlət başçısının məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair 2019-cu il 3 aprel tarixli Fərmanının icrası çərçivəsində “Elektron məhkəmə” informasiya sisteminin funksionallığının artırılması üzrə tədbirlər davam etdirilərək, Ədliyyə Nazirliyi tərəfindən Mülki-Prosessual Məcəllənin tələbləri nəzərə alınmaqla və qabaqcıl beynəlxalq təcrübə öyrənilməklə xüsusi proqram modulu işlənib hazırlanıb.

“Elektron məhkəmə” informasiya sistemində yaradılmış yeni proqram məhsulu vasitəsilə məhkəmə proseslərinin onlayn rejimində videokonfrans formasında həyata keçirilməsi, həmçinin iclasın avtomatlaşdırılmış rejimdə audio və video yazılışının aparılması mümkündür.

Bu innovasiyanın tətbiqi ilə tərəflərə çox sadə üsulla, hətta “Şəxsi elektron kabinet” yaratmadan kompüter və ya mobil telefon vasitəsilə video iclasa qoşulmaqla məhkəmə baxışında iştirak etmək imkanı yaradılıb. İştirakçılar əvvəlcədən təyin olunmuş vaxtda prosesə məhkəmə tərəfindən elektron qaydada göndərilmiş elektron keçid üzərindən qoşula bilirlər.

İndiki pandemiya şəraitində vətəndaşların təhlükəsizliyinin qorunması və onların hüquqlarının məhkəmə müdafiəsinin təmin olunması məqsədilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində həmin proqram təminatı uğurla tətbiq olunaraq məhkəmə prosesləri videokonfrans şəklində onlayn qaydada keçirilib və yekun qərarlar çıxarılıb.

Vətəndaşların məhkəmələrə müraciət imkanlarının və ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən məhkəmələrin fəaliyyətində müasir İKT-lərin və innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə tədbrilər davam etdirilir.

Xəbər lenti
0