CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Minlərlə bileti qaytardılar, daha satmırlar

© Photo : Baku International Bus Terminal ComplexМеждународный Бакинский Автовокзал, фото из архива
Международный Бакинский Автовокзал, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Satış kassalarından alınan biletlər aprel ayının əvvəllərində, onlayn qaydada alınan biletlər isə cari ayın 20-nə qədər geri alınıb

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 aprel — Sputnik. Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK)  qabaqcadan satış kassalarından və eləcə də onlayn qaydada alınan 4569 bilet geri qaytarılıb. Sputnik Azərbaycan-a bunu Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib.

Onun sözlərinə görə, biletlərin geri qaytarılması prosesi tam olaraq başa çatdırılıb: "Satış kassalarından alınan biletlər aprel ayının əvvəllərində, onlayn qaydada alınan biletlər isə cari ayın 20-nə qədər geri alınıb. Qabaqcadan satış kassalarından, eləcə də onlayn qaydada alınan biletlərin geri qaytarılması prosesi tam olaraq yekunlaşıb. Ümumilikdə 4569 bilet geri alınıb, ödənilən məbləğ sərnişinlərə qaytarılıb. Onlardan 3319-u satış kassalarından alınan biletlərdir, 558 əməliyyat kodu üzrə 1250 bilet isə onlayn qaydada alınanlardır. Biletlərin məbləği heç bir komissiya tutulmadan sərnişinlərə geri qaytarılıb".

P.Məmmədova qeyd edib ki, hazırda reyslər olmadığı üçün bilet satışı da yoxdur.

Xəbər lenti
0