CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

20 Yanvar istiqamətində hərəkət məhdudlaşdırılır

© Sputnik / Irade JELIL"20 Yanvar" metrostansiyası yaxınlığında qanunsuz fəaliyyət göstərən taksi sürücülərinə qarşı reyd. 10 oktyabr 2018-ci il
20 Yanvar metrostansiyası yaxınlığında qanunsuz fəaliyyət göstərən taksi sürücülərinə qarşı reyd. 10 oktyabr 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
2 və 3 may tarixlərində isə Moskva prospektindən 20 Yanvar dairəsinə şəhər istiqamətində hərəkət məhdudlaşdırılacaq

BAKI, 30 aprel — Sputnik. Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 30 aprel və 1 may tarixlərində Moskva prospektindən 20 Yanvar dairəsinə şəhərdən çıxış istiqamətinə doğru hərəkət məhdudlaşdırılır. Bu barədə Azəravtoyol Dövlət Agentliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Sumqayıtda küçə və yollar əsaslı təmir edilir - Sputnik Azərbaycan
Sumqayıt sakinləri karantindən birbaşa "ağ günə" çıxacaq

Qeyd olunub ki, alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan, həmçinin Moskva pr-ti – Cavadxan küç. – 3-cü mkrn.dairəsi və ya Tbilisi pr-ti – Ədbdulvahab Salamzadə – Ceyhun Səlimov küçələri – 3 mkrn.dairəsi istiqamətlərindən istifadə edərək Asif Məhərrəmov və Rövşən Cəfərov küçələri ilə Moskva pr-nin köməkçi yoluna çıxa bilərlər.

Qeyd edək ki, 2 və 3 may tarixlərində isə Moskva prospektindən 20 Yanvar dairəsinə şəhər istiqamətində hərəkət məhdudlaşdırılacaq.

Alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan və Bakı Dairəvi-1 avtomobil yolundan, həmçinin Alatava – Dadaş Bünyadzadə, Alatava – Müzəffər Həsənov küçələri istiqamətindən istər 20 Yanvar dairəsinə, istərsə də şəhərin digər istiqamətlərinə çıxa bilərlər.

Qurum yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Xəbər lenti
0