CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dənizkənarı bölgələrdə bağ evlərinin tikintisi floranı məhv edir - Azərbaycanlı alim

© Sputnik / Murad OrujovДачи на Абшероне
Дачи на Абшероне - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssisin fikrincə, hava və su çirklənməsi ilə yanaşı, torpağın çirklənməsinə də səbəb olan digər faktorlardan biri pestisidlərdən geniş istifadə olunmasıdır.

BAKI, 30 aprel — Sputnik. "Aparılan tədqiqatlar göstərmişdir ki, floramızda olan bir çox növlərin nəsli kəsilmək üzrədir və belə növlərin təbiətdə qalması və qorunması üçün bir sıra tədbirlərin həyata keçirilməsi vacibdir".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AMEA-nını müxbir üzvü, Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov danışıb.

Сбор яблок, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dünyanın səkkizinci möcüzəsi: Əfsanəvi asma bağdan “Ağıllı bağ”a

O bildirib ki, aparılan tədqiqatlar nəticəsində introduksiya edilən bitki növlərinin təbiətdə yayılan növlərin 68%-ni, cinslərin 87%-ni və fəsilələrin 95%-ni təşkil etdiyi məlum oliub. Ölkəmizin təbii florasında olan hansısa bir bitki növünün mühafizəsinin zəruriliyini bildirməyin və bunu əsaslandırmağın böyük əhəmiyyəti var.

"Yalnız bitkilərin adını bilmək onu qorumaq demək deyildir. Mühafizə edilərək bitki növlərinin bioekoloji xüsusiyyətlərini öyrəndikdən sonra siyahıların hazırlanması daha düzgün hesab olunur. Nadir və nəsli kəsilməkdə olan bitkilərin siyahısını hazırlayarkən təbiətdə tədqiqatçıların, qoruq və yaşıllıqlarda çalışan insanların bu taksonları dəqiq tanıması vacibdir", - deyə o vurğulayıb.

T.Məmmədovun sözlərinə görə, ilk növbədə respublikamızın nadir və nəsli kəsilməkdə olan ağac və kol növlərinin areallarının azalmasına və nəslinin yoxa çıxmalarına səbəb olan amilləri araşdırmaq vacibdir: "Son illərdə ölkəmizdə sənayenin inkişafı və yeni fabrik və zavodların, kənd və qəsəbələrin salınması bəzən kiçik bir arealda yayılan bitkilər üçün təhlükə mənbəyi olur. Belə ki, son illərdə dənizkənarı bölgələrdə bağ evləri tikintilərinin daha da genişlənməsi Azərbaycanın bir sıra nadir bitkilərinin areallarını kiçiltmiş, hətta nəslini yoxolma təhlükəsi altına almışdır".

Вор, фото из архива - Sputnik Azərbaycan
On üç bağ evini soyan dəstə üzvləri ələ keçdilər

Alim bildirir ki, respublikamızın florasında 800 artıq bitki növü dərman effektinə malikdir. Dünyada hazırlanan dərmanların 50%-dən çoxu bitki mənşəlidir. Buna görə də, bu tipdə olan bitki növlərinin müxtəlif orqanlarının toplanması, bunların ixrac edilməsi və respublikamızda geniş istifadə olunması da bəzi nadir bitkilərin areallarının getdikcə azalmasına səbəb olur: "Bu kimi hadisələr nəticəsində ölkəmizdə olan nadir bitkilərin, əsas etibarilə dərman və aromatik bitkilərin təbii populyasiyalarının azalması artıq mütəxəssislər tərəfindən də qeyd edilməkdədir. Son illərdə geofitlərin, bir çox dərman və aromatik bitkilərin təbiətdən toplanması və satılması aşırı həddə çatmışdır. Bu baxımdan, ilk öncə vətəndaşlar bu sahədə maarifləndirilməli və sonra nadir bitkilərin mühafizə tədbirləri görülməlidir".

Mütəxəssisin fikrincə, hava və su çirklənməsi ilə yanaşı, torpağın çirklənməsinə də səbəb olan digər faktorlardan biri pestisidlərdən geniş istifadə olunmasıdır.

"İnsanların sahəni yabanı otlardan təmizləmək üçün kimyəvi dərmanlardan geniş istifadə etməsi kosmopolit yabanı ot bitkilərini məhv etməklə yanaşı, həmin ərazilərdə yayılan bəzi ağac və kol bitkilərini də sıradan çıxarır. İnsanın belə fəaliyyətinin təsirlərindən ot bitkilərinin arealları azalmaqda davam edir. Ölkəmizdə olan nadir bitki növlərinin azalmasına və ya nəslinin kəsilməsinə səbəb olan amillərdən biri də yanğınlardır və bu sahədə vətəndaşlar maarifləndirilməlidir".

Xəbər lenti
0