CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda daxili turizmin inkişaf mexanizmi hazırlanacaq

© Sputnik / Ilham Mustafayev Göygöl gölü
 Göygöl gölü - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan turizminin mövcud vəziyyəti, həmçinin karantindən sonrakı və postpandemiya dövründə daxili turizmin inkişafını sürətləndirən amillər nəzərdən keçirilib

BAKI, 27 aprel — Sputnik. Azərbaycanın bütün turizm qurumlarının səyi ilə yaxın günlərdə daxili turizmin fəaliyyəti və inkişaf perspektivlərinin dəqiq mexanizmi işlənib hazırlanaraq müvafiq qurumlara təqdim olunacaq.

Sputnik Azərbaycan-a Azərbaycan Turizm Assosiasiyasından verilən məlumata görə, Assosiasiya nümayəndələri tərəfindən pandemiya dövründə Azərbaycan turizminin mövcud vəziyyəti, həmçinin karantindən sonrakı və postpandemiya dövründə daxili turizmin inkişafını sürətləndirən amillər nəzərdən keçirilib.  Qurumlar arasında Assosiativ Tərəfdaşlıq haqqında Memorandum qəbul edilib. Memorandumun əsas məqsədi vahid platformadan çıxış edərək bütün səyləri bir araya gətirib, turizm qurumları arasında qarşılıqlı, səmərəli və faydalı əməkdaşlığı inkişaf etdirmək, turizmin inkişafında vətəndaş cəmiyyəti nümayəndələrinin fəallığını yüksəltmək, hər bir qurumu təmsil edən mütəxəssislərdən ibarət "beyin mərkəzinin" yaradılması, zəruri layihələrin birgə işlənməsi, ölkənin turizm potensialının üzə çıxarılması və təbliği kimi məsələlərdir.

Xəbər lenti
0