CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

On manat pul Bərdəni iflic etdi

© Sputnik / Musa MuradliBərdədə vəziyyət 26.04.2020
Bərdədə vəziyyət 26.04.2020 - Sputnik Azərbaycan
Abunə olmaq
Axşam saatlarında Bərdə şəhərinin müxtəlif yerlərində quraşdırılmış ödəmə terminallarına yerli sakinlərin axını başlayıb

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 26 aprel – Sputnik. Ötən gün sosial şəbəkələrdə işıq smart-kartlarına ödənişsiz 10 manat pul vəsaitinin yatırılması barədə əsası olmayan şayiə paylaşılıb. “Azərişıq”dan isə xəbərin həqiqəti əks etdirmədiyi, şayiə olduğu bildirilib.

Buna baxmayaraq, axşam saatlarında Bərdə şəhərinin müxtəlif yerlərində quraşdırılmış ödəmə terminallarına yerli sakinlərin axını başlayıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, əhali basabas yaratmaqla terminallarda gərginlik yaradıb. Polis əməkdaşları qrup şəklində toplaşan vətəndaşlara xəbərin şayiə olduğunu bildirərək, onların dağılışmasını təmin ediblər.

Amma problem bununla bitməyib. Ticarət obyektlərində olan bütün ödəmə terminalları söndürülüb. Bəzi yerlərdən isə ümumiyyətlə ödəmə terminalları götürülüb. Nəticədə, terminal vasitəsilə digər əməliyyatları həyata keçirmək istəyənlər də zərər çəkib.

Xəbər lenti
0