CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onlayn ticarət məfhumunu səhv başa düşən şəxs saxlanılıb

© Sputnik / Ilham MustafayevАвтомобил патрульной службы, фото из архива
Автомобил патрульной службы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, narkotik vasitələr alan şəxslər pulu F.Şamxalov və S.Şamxalovun hesablarına müxtəlif ödəmə terminalları vasitəsilə onlayn yolla köçürüblər.

BAKI, 23 aprel — Sputnik. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən onlayn yolla narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı daha bir əməliyyat həyata keçirilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Baş İdarəyə Fərid və Seymur adlı şəxslərin "Whatsapp" ani mesajlaşma şəbəkəsi vasitəsilə narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxslərin tutulması istiqamətində keçirilən əməliyyat nəticəsində paytaxt sakinləri Fərid Şamxalov və qohumu Seymur Şamxalov saxlanılıblar. Onların üzərində şəxsi axtarış aparılan zaman 15 qram narkotik vasitə heroin, 25 qram psixotrop maddə olan metamfetamin, 56 ədəd dövriyyəsi və satışı qadağan olunan "Pregabalin", 40 ədəd "Tropin", 2 ədəd "Ekstazi" həb və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Qeyd edək ki, narkotik vasitələr alan şəxslər pulu F.Şamxalov və S.Şamxalovun hesablarına müxtəlif ödəmə terminalları vasitəsilə onlayn yolla köçürüblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan narkokuryerlərin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində Baş İdarə əməkdaşları tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0