CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məhkəmələr mayın 4-nə kimi təxirə salınır

© pixabay / Daniel_B_photosМолоток судьи, фото из архива
Молоток судьи, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
!!!!Azərbaycanın bütün məhkəmələrinə tövsiyə edilib ki, təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə baxılması istisna olunm

BAKI, 23 aprel — Sputnik. Ali Məhkəmənin Plenumu ölkədə koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında qərar verib.

İlqar Məmmədov - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ali Məhkəmə İlqar Məmmədovla bağlı qərar çıxardı

Bu barədə Sputnik Azərbaycan-a Ali Məhkəmədən məlumat verilib.

Qərara əsasən, Azərbaycanın bütün məhkəmələrinə tövsiyə edilib ki, təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) baxılması istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq 4 may 2020-ci il tarixinədək təxirə salınsın.

Məhkəmələrə həmçinin İnzibati-Prosessual Məcəllənin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından, eləcə də Mülki Prosessual Məcəllənin tələbləri nəzərə alınmaqla mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadə edilməsi tövsiyə olunub. Koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsi tam aradan qaldırılmadığından Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 mart 2020-ci il tarixli Qərarı qüvvədən düşmüş hesab edilib, hazırki Plenum qərarının 23 aprel 2020-ci il tarixdən 04 may 2020-ci il tarixədək qüvvədə olması təsbit edilib.

Xəbər lenti
0