CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu ayın son günü qeydiyyata alınsanız belə, sizə o pul ödəniləcək

© Sputnik / Murad OrujovПользователь сайта e-sosial.az
Пользователь сайта e-sosial.az - Sputnik Azərbaycan
Abunə olmaq
"Aprelin hansı tarixində müraciət etməsindən asılı olmayaraq, həmin ayda bu vəsaiti almaq hüququ olan bütün işsiz vətəndaşlara aprel ayı üçün ödəmə həyata keçiriləcək"

BAKI, 22 aprel — Sputnik. 190 manat məbləğində birdəfəlik ödəmənin alınması üçün aprelin hansı tarixində müraciət etməsindən asılı olmayaraq, həmin ayda bu vəsaiti almaq hüququ olan bütün işsiz vətəndaşlara aprel ayı üçün ödəmə həyata keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.  Onun sözlərinə görə, bu vəsaiti almaq üçün vətəndaş ilk növbədə işsiz kimi qeydiyyata alınmalıdır.

B.Hüseynov deyib ki, vətəndaş aprel ayının sonuncu günündə belə işsiz kimi qeydiyyata alınarsa və bu ödəməni almaq hüququ verilərsə, ona aprel ayı üçün ödəniş həyata keçiriləcək: "Xüsusi karantin rejiminin müddəti mayın 4-dək artırılıb. Buna görə də vətəndaşlar vəsaiti almaq üçün müraciətlərini davam etdirə bilərlər. Vətəndaşın hansı gün ərzində qeydiyyata alınmasına baxmayaraq, o, aprel ayı üçün birdəfəlik ödəməni tam olaraq ala biləcək. Aprel ayında qeydiyyatdan keçən və müavinət almaq hüququ verilən bütün vətəndaşlara birdəfəlik ödəmənin ödənişi mayın əvvəlinədək başa çatdırılacaq".

Xatırladaq ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulur.

İşsiz kimi qeydiyyata alınan şəxslərdən isə hazırda dövlətdən sosial ödəniş (ünvanlı sosial yardım, pensiya, təqaüd, müavinət və s.) alanlara birdəfəlik ödəmə verilmir. Birdəfəlik ödəmə məşğulluq mərkəzlərində qeydiyyatda olan işsizlərlə yanaşı, xüsusi karantin rejiminin tətbiq edildiyi müddət ərzində müraciət edərək bu statusu alan şəxslərə də şamil olunur.

Xəbər lenti
0