15:12 29 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)
56 0 0

"Nazirlər Kabineti yanında Operativ Qərərgahla mütəmadi əlaqədəyik. İndiyədək jurnalistlər arasında bu virusa yoluxma ilə bağlı hal aşkarlanmayıb. Yəni bununla bağlı məlumat yoxdur"

 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 21 aprel — Sputnik. Rusiyada 100-ə yaxın jurnalistin koronavirus testinin nəticəsi müsbət çıxıb, 500 nəfər isə karantinə götürülüb. Bu barədə Rabitə və Kütləvi Kommunikasiyalar nazirinin müavini Aleksey Volin məlumat verib. O bildirib ki, hətta bir neçə gün əvvəl Moskva şəhərində yaşayan jurnalistlərdən biri koronavirusun qurbanı olub.

Bəs görəsən, Azərbaycanda jurnalistlər arasında COVID-19 virusuna yoluxma halı qeydə alınıbmı?

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, jurnalistlər arasında COVID-19 virusuna yoluxma ilə bağlı onlara məlumat daxil olmayıb: "Nazirlər Kabineti yanında Operativ Qərərgahla mütəmadi əlaqədəyik. İndiyədək jurnalistlər arasında bu virusa yoluxma ilə bağlı hal aşkarlanmayıb. Yəni bununla bağlı məlumat yoxdur".

Ə.Amaşov bildirib ki, bu gün jurnalistlər də bu virusa yoluxma riski olan peşə sahibləri arasındadırlar:

"COVID-19 virusuna yoluxanlar arasında peşə bölgüsü aparsaq, həkimlər çoxluq təşkil edir. Amma unutmayaq ki, jurnalistlər də risk qrupuna daxildirlər. Onlar peşə fəaliyyətləri ilə bağlı virusa yoluxmuş şəxslərin müalicə olunduğu tibb müəssisələrində olurlar, materiallar hazırlayırlar. Bundan əlavə, jurnalistlər xüsusi karantin rejimi ilə bağlı vəziyyəti ictimaiyyətə çatdırmaq, maarifləndirmək üçün reportajlar edirlər, bir sözlə, daha çox insanla təmasda olurlar".

Jurnalistlər arasında virusla bağlı testlərin aparılmasına gəldikdə isə Ə.Amaşov bildirib ki, bu, daha çox fərdi yanaşılacaq məsələdir: "Əgər riskli ərazilərdə çalışan jurnalistlər öz səhhətlərində hansısa nasazlıq hiss edirlərsə, buna ciddi yanaşmalıdırlar. Simptomlara diqqət etməli, həkimlə məsləhətləşməli, lazım gəlsə, testdən keçməlidirlər".

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirusun yeni yayılmış növü olan COVID-19-a yoluxanlar arasında peşə bölgüsü aparılmır: "Biz hazırda həkimlər risk qrupu olduğu üçün onlar arasında yoluxma sayını ayrıca açıqlayırıq. Amma digər peşə sahibləri ilə bağlı bu cür ayrıca hesablama aparılmır".

R.Əliyeva hazırda yalnız həkimlər arasında COVID-19-a görə test aparıldığını söyləyib. O bildirib ki, digər peşə sahibləri risk qrupuna daxil olmadığından hələ ki, onlar arasında test aparılmır.

Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (373)

Əlaqədar

Koronavirusa inanmamağın fəsadı: polislərimiz də yoluxdular
Sərnişin sayı karantin qaydaları ilə uzlaşmır - BNA
Pandemiya Azərbaycan ixtiraçılarını həvəsə gətirib: "atlı"ya da olar, piyadaya da
Şərqdən yayılan bəla, Bakıda “Formula” həyəcanı, Seyidlər bağı və xaş məclisi...

Əsas mövzular