CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vaxtları bitsə də, pensiyalarını alacaqlar

CC0 / sabinevanerp / seniorsPensiyaçı qadın, arxiv şəkli
Pensiyaçı qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Həmçinin sağlamlıq imkanları məhdudluq müddəti həmin vaxtdan bitən uşaqlar üçün də bu müddət uzadıldığına görə onlara da aylıq müavinət ödənilməkdə davam edir

BAKI, 21 aprel — Sputnik. Pandemiya ilə əlaqədar sosial dəstək tədbirlərindən biri kimi,  əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadıldığından onlara əlilliyə görə aylıq müavinət və ya pensiya ödənişi davam etdirilir. Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda bildirilir.

Xəbərdə qeyd edilir ki, həmçinin sağlamlıq imkanları məhdudluq müddəti həmin vaxtdan bitən uşaqlar üçün də bu müddət uzadıldığına görə onlara da aylıq müavinət ödənilməkdə davam edir. Eyni zamanda, qeyd olunan əlilliyi olan şəxslərdən birinci dərəcə əlilliyi olanlara və sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər üçün aylıq təqaüdün verilməsi də davam edir. Bu sosial müdafiə tədbiri ümumilikdə 14 min şəxsi əhatə edir və bunun üçün 2,6 milyon manat ayrılıb.

Xəbər lenti
0