CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Karantində kafedə toplaşan 5 nəfər saxlanıldı – Aralarında qadınlar da var

© Photo : REPORTSaxlanılan şəxslər
Saxlanılan şəxslər - Sputnik Azərbaycan
Abunə olmaq
Karantin qaydalarını pozan C.Məmmədov 200, digər 4 nəfəri isə 100 manat miqdarında cərimə ediliblər.

BAKI, 20 aprel — Sputnik. Səbail rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərən restoran aşkar edilib. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı M.Müşfiq küçəsi 4 ünvanında yerləşən "502" restoranının xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi məlum olub. Obyektə baxış zamanı orada olan obyektin sahibi və 4 nəfər müştərinin karantin qaydalarını pozduqları müəyyən edilib.

Həmin şəxslər restoranı icarə əsasında işlədən Yevlax rayon sakini Coşqun Məmmədov, Mingəçevir şəhər sakini Elmin Məmmədzadə, paytaxt sakinləri Fidan Əmrahova, Sahilə Bəhrəmova və Nasir İsayev saxlanılaraq Səbail RPİ-nin 41-ci Polis Bölməsinə gətiriliblər. Bu şəxslər barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub. Karantin qaydalarını pozan C.Məmmədov 200, digər 4 nəfəri isə 100 manat miqdarında cərimə ediliblər.

Xəbər lenti
0