CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Karantin zamanı “Taxtakörpü”də balıq ovlayanlar saxlanıldı - FOTO

© Sputnik / Ilham MustafayevSahildə balıq tutmağın qiyməti 5-30 manat aralığında dəyişir
Sahildə balıq tutmağın qiyməti 5-30 manat aralığında dəyişir - Sputnik Azərbaycan
Abunə olmaq
Gizli yollarla su anbarına daxil olan şəxslərə məxsus tilovlar, eləcə də dörd ədəd ovlanmış balıq maddi sübut kimi götürülüb.

BAKI, 20 aprel — Sputnik. Şabran Rayon Polis Şöbəsinin və Baş Mühafizə İdarəsinin Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayında 4-cü bölüyünün əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi qaydalarını pozaraq Şabran rayonu ərazisində yerləşən "Taxtakörpü" su anbarından balıq ovlayan beş nəfər saxlanılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, araşdırmalarla onların Sumqayıt şəhər sakinləri Fariz Məmmədov, Eldar Cəfərov və Səbuhi İsmayılov və Şabran rayon sakinləri Ziya Şükürov və Şirin Hüseynov olduqları müəyyən edilib.

Məlum olub ki, həmin şəxslər E.Cəfərovun idarə etdiyi "Lada" markalı nəqliyyat vasitəsi ilə su anbarı ərazisinə gizli yollarla daxil olaraq, oradan balıq ovlamaq istəyiblər. Həmin şəxslərə məxsus tilovlar, eləcə də dörd ədəd ovlanmış balıq maddi sübut kimi götürülüb.

Faktla bağlı Şabran RPŞ-də araşdırmalar aparılır.

Xəbər lenti
0