02:42 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
16 0 0

: “Bakı-Sumqayıt”, “Bakı-Abşeron” və “Sumqayıt-Abşeron” xətləri üzrə 1-3 aprel tarixlərində 75400, 4-6 aprel tarixlərində 54405, 7-9 aprel tarixlərində 45275, 10-12 aprel tarixlərində 43460 və 13-15 aprel tarixlərində 46160 sərnişin daşınıb

BAKI, 17 aprel — Sputnik. Xüsusi karantin rejimi dövründə Respublika üzrə şəhərdaxili (rayondaxili) avtobus marşrutları ilə (Bakı şəhəri istisna olmaqla) cari ilin 1-3 aprel tarixlərində 231624, 4-6 aprel tarixlərində 124292, 7-9 aprel tarixlərində 63653, 10-12 aprel tarixlərində 69043 və 13-15 aprel tarixlərində 73275 sərnişin daşınıb. Cari ilin 1-3 aprel tarixləri ilə müqayisədə 13-15 aprel tarixləri üzrə şəhərdaxili (rayondaxili) avtobus marşrutları ilə (Bakı şəhəri istisna olmaqla) daşınan sərnişin sayı 68.4% azalıb.

Bu barədə Sputnik Azərbaycana Dövlət Avtomobil Nəqliyyatı  Xidmətindən (DANX) verilən məlumatda bildirilir: "Həmçinin, fəaliyyətinə icazə verilən yeganə şəhərlərarası avtobus marşrutları olan “Bakı-Sumqayıt”, “Bakı-Abşeron” və “Sumqayıt-Abşeron” xətləri üzrə 1-3 aprel tarixlərində 75400, 4-6 aprel tarixlərində 54405, 7-9 aprel tarixlərində 45275, 10-12 aprel tarixlərində 43460 və 13-15 aprel tarixlərində 46160 sərnişin daşınıb. Cari ilin 1-3 aprel tarixləri ilə müqayisədə 13-15 aprel tarixləri üzrə “Bakı-Sumqayıt”, “Bakı-Abşeron” və “Sumqayıt-Abşeron” avtobus marşrutları ilə daşınan sərnişin sayı 38.8% azalıb. Ümumilikdə, xüsusi karantin rejiminə qədərki dövrlə müqayisədə daşınan sərnişin sayı 85 faiz azalıb. Ötən müddət ərzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən fəaliyyətinə icazə verilən şəhərdaxili (rayondaxili) sərnişin daşımaları, həmçinin “Bakı-Sumqayıt”, “Bakı-Abşeron” və “Sumqayıt-Abşeron” avtobus marşrutları üzrə sərnişindaşıma fəaliyyəti göstərən sürücülər arasında koronavirusa yoluxma halı qeydə alınmayıb.

Avtobusların salonlarında və dayanacaqlarda sərnişinlər tərəfindən sosial məsafəyə riayət edilməsinin təmin edilməsi məqsədilə xidmətin əməkdaşları tərəfindən gündəlik nəzarət tədbirləri davam edir.

Əsas mövzular