CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Evdən çıxmasanız da, havanın necə olacağını bilin

© Photo : Elsever AliyevБабочка на весеннем цветке
Бабочка на весеннем цветке - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 14-19, Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti olacaq.

BAKI, 17 aprel — Sputnik. Şənbə günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, aprelin 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Рассвет в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Temperatur iqlim normasından yuxarı olub

Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 14-19, Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Aprelin 18-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 20-25, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər lenti
0