CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusa yoluxanların 20 faizi bu ölkədən Azərbaycana gələnlərdir

© AFP 2023 / ANP /ROBIN VAN LONKHUIJSENТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xaricdə yaşayan diaspor fəalları arasında koronavirus infeksiyasına yoluxanlar var, Azərbaycanın diplomatik nümayəndələri arasında isə belə hal baş verməyib

BAKI, 16 aprel — Sputnik. "Azərbaycanda son günlər koronavirusa yoluxanların 20 faizi Rusiya Federasiyasından gələn vətəndaşlar arasında müəyyən olunub".  Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Operativ Qərargahın brifinqində çıxış edən zaman bildirib. O bildirib ki, Azərbaycanın diplomatik nümayəndələri arasında koronavirusa yoluxma halı baş verməyib. Onun sözlərinə görə, diplomatlarımız gücləndirilmiş şəkildə işlərini davam etdirirlər.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov isə bildirib ki, diaspor fəalları arasında koronavirusa yoluxanlar var: "Xaricdə yaşayan diaspor fəalları arasında koronavirus infeksiyasına yoluxanlar var. Bunlar Almaniya, İsveç, Fransa, ABŞ, Finlandiya, Ukrayna, Gürcüstan, Rusiyada olan fəallarımızdır. Komitə tərəfindən onların əksəriyyətinin gündəlik vəziyyəti ilə maraqlanılır. Hazırda onların sağlıq durumları yaxşıdır".

 

Xəbər lenti
0