CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Heç olmasa göydən bərəkət yağsın – Aprel yağıntısı kənd təsərrüfatına faydalıdır

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidРадуга в одном из поселений Монголии
Радуга в одном из поселений Монголии - Sputnik Azərbaycan
Abunə olmaq
Atmosfer havasına atılan qaz qarışıqlarının miqdarının azalması nəticəsində yağıntıların tərkibindəki kimyəvi çirkləndiricilərin miqdarının əhəmiyyətli dərəcədə azalması müşahidə olunub.

BAKI, 14 aprel — Sputnik. Yazın bərəkətli yağmuru aprel ayında müşahidə edilir. Son bir neçə ay ərzində ölkə ərazisində hava şəraiti əsasən az yağıntılı olub. Aprel ayının I ongünlüyündə isə Respublika ərazisində yağıntılı hava şəraiti üstünlük təşkil edib.

Əkin sahəsi, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Kənd təsərrüfatı işçilərinin hərəkət qaydası müəyyənləşdi

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə bəzi rayonlarda, xüsusən də Mərkəzi Aran və Böyük Qafqazın dağətəyi rayonlarında yağıntı intensiv oduğundan aylıq normanın 50-70 faizini təşkil edib ki, bu da əvvəlki illərlə müqayisədə yaxşı göstəricidir: "Aylıq proqnoza görə aprel ayı ərzində bəzi dağətəyi və aran rayonlarında yağıntıların norma daxilində və normadan bir qədər çox olacağı gözlənilir. Bu da bitkilərin vegetasiya dövrünə təsadüf etdiyindən kənd təsərrüfatı sahəsinə faydalıdır. Belə ki, taxılçılıq, tərəvəzçilik və digər bitkilərin inkişafında düşən yağıntının əhəmiyyəti böyükdür".

V.Əliyev onu da qeyd edib ki, atmosfer havasına atılan qaz qarışıqlarının miqdarının azalması nəticəsində yağıntıların tərkibindəki kimyəvi çirkləndiricilərin miqdarının əhəmiyyətli dərəcədə azalması müşahidə olunub.

Xəbər lenti
0