CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Elektrik enerjisinin limiti barədə qərar verildi

© AFP 2023 / INA FASSBENDERЭлектрический счетчик, фото из архива
Электрический счетчик, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu Qərar bütün əhali istehlakçılarının aprel ayında sayğac oxunduğu gündən sonrakı iki hesabat ayı üçün istehlak etdikləri elektrik enerjisinə şamil edilir

BAKI, 13 aprel - Sputnik. Nazirlər Kabineti "Əhali üzrə elektrik enerjisinin aylıq istehlak həcminin tənzimlənməsi ilə bağlı tədbirlər haqqında" qərar verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, sənəddə deyilir: "Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 17 nömrəli Qərarı ilə müəyyən edilmiş əhali üzrə elektrik enerjisinin 7 qəpik/kilovat-saat tarifi tətbiq olunan aylıq istehlak həcmi 2020-ci ilin aprel ayından etibarən ardıcıl iki hesabat ayı müddətində 100 (yüz) kilovat-saat artırılaraq, 400 (dörd yüz) kilovat-saat müəyyən edilsin". 
Bu Qərar bütün əhali istehlakçılarının aprel ayında sayğac oxunduğu gündən sonrakı iki hesabat ayı üçün istehlak etdikləri elektrik enerjisinə şamil edilir. Hesabat ayı üçün istehlak edilən elektrik enerjisi dedikdə, ardıcıl 30 (otuz) təqvim günü ərzində istifadə edilmiş elektrik enerjisinin həcmi nəzərdə tutulur. 

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə tapşırılıb ki, dəyişiklik nəticəsində elektrik enerjisinin əhali tərəfindən aşağı tariflə istehlakından yaranan fərqin Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamı ilə ayrılan vəsait hesabına kompensasiya edilməsi məqsədilə zəruri məlumatların və təsdiqedici sənədlərin İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

Xəbər lenti
0