CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Jurnalist universal olmalıdır

© AFP 2023 / KENZO TRIBOUILLARDЖурналистка в офисе, фото из архива
Журналистка в офисе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyalı jurnalist Andrey Stanavov həmkarları ilə keyfiyyətli reportajların yaradılmasının sirlərini bölüşüb

BAKI, 10 aprel — Sputnik. İndi keyfiyyətli məzmuna malik hazır kontent verə bilən universal jurnalistlərə tələbat artır. Onlar yaxşı şəkil çəkməyi bacarmalı və dilləri savadlı şəkildə bilməlidirlər.

Bunu rusiyalı media eksperti, jurnalist, "Rossiya seqodnya" MİA-nın "Ordu və güc strukturları" şöbəsinin rəhbəri Andrey Stanavov SputnikPro təhsil layihəsinin onlayn mövsümü çərçivəsində təşkil edilən vebinar zamanı deyib.

SputnikPro təhsil proqramı çərçivəsində "Çəkmək və yazmaq: sən meydanda tək multimedia müxbiri olanda" mövzusunda üçüncü onlayn vebinar aprelin 10-da keçirilib.

Əgər əvvəllər SputnikPro modulları ölkələr üzrə yerli KİV nümayəndələri, radio və TV əməkdaşları, tələbələr və digər arzu edənlər üçün keçirilirdisə, onlayn sessiya sosial təcrid qaydalarını pozmadan müxtəlif ölkələrdən olan jurnalistləri birləşdirməyə imkan verib. Vebinarda Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova da daxil olmaqla, 9 ölkədən 80-dən çox jurnalist iştirak edib. 

© © Courtesy of Andrey StanavovRusiyalı media eksperti, jurnalist, "Rossiya seqodnya" MİA-nın "Ordu və güc strukturları" şöbəsinin rəhbəri Andrey Stanavov
Jurnalist universal olmalıdır - Sputnik Azərbaycan
Rusiyalı media eksperti, jurnalist, "Rossiya seqodnya" MİA-nın "Ordu və güc strukturları" şöbəsinin rəhbəri Andrey Stanavov

Onlayn görüş zamanı Andrey Stanavov qeyd edib ki, hazırkı şəraitdə lonqridlər daha çox populyarlıq qazanır.

"İnsanların hər şeyə çox az vaxtı var, kiminsə fiziki cəhətdən kifayət qədər gücü yoxdur. Adama kompüterdə şəkilli gözəl bir reportajı açmaq və özü üçün nəsə saxlamaq daha asandır”, - deyə o, bildirib.

Onun sözlərinə görə, reportaja/müsahibəyə hazırlaşarkən avadanlıq (noutbuk və ya planşet, obyektivli iki kamera, diktofon, mikrofon, ehtiyat batareya, power bank və s.) toplamaq, yer və şəxs haqqında bütün məlumatları öyrənmək, buraxılış rejimini və təhlükəsizlik tələblərini dəqiqləşdirmək lazımdır.

Reportaj üzərində işə yanaşmasından danışan natiq qeyd edib ki, istənilən hadisənin çəkilişlərini ümumi plana (düşmüş təyyarə, mühüm tədbir, kvadrokopterdən ibarət şəkil), iri plana (çəkiliş zamanı böyük planlara diqqət də vacibdir), portretlərə (insanlarla ünsiyyətsiz hadisəni işıqlandırmaq mümkün deyil, portretlər maksimal dərəcədə çox və keyfiyyətli işlənməlidir, mətbuat xidməti ilə deyil, bilavasitə rəhbərin iştirakı ilə şəkil çəkmək barədə razılığa gəlmək daha yaxşıdır) və süjetlərə (onlar materialı canlandırırlar, mətnin nəbzini yaradırlar) ayırır.

O deyib ki, fəaliyyətdə olan şəxslərin portretləri mümkün qədər çox olmalıdır. Bütün hekayələr konkret fəaliyyət göstərən şəxslərə bağlıdır. Fotoşəkillərin daha sonra göndəriləcəyinə razılaşmaq lazım deyil, çünki bu xüsusi materialla əlaqəli olmalıdır. "İnsanların portretlərini onların real işlərinə yaxın şəraitdə çəkmək lazımdır”, - spiker tövsiyə edib.

Bununla yanaşı, Andrey Stanavov jurnalistin etika normalarına riayət etməsinin vacibliyini vurğulayıb: "Hər yerə özünü soxmağa çalışan inadkar, həyasız jurnalistləri heç yerdə sevmirlər. Burada ehtiyatlı davranmaq lazımdır. Bundan əlavə, əgər həmsöhbət bir şey haqqında danışarkən "bu, yazmaq üçün deyil" deyə qeyd edərsə, dürüst olmalı, diktofonu söndürməli və "sensasion faktlar"ın dalınca qaçmamalıdır.

Yeni başlayan jurnalistlərə məsləhət verən spiker qeyd edib ki, reportyor ilk növbədə haqqında yazdığı mövzunu araşdırmalı, mühasibin nə danışdığını başa düşməlidir. "Nə isə aydın deyilsə, yenidən soruşmaqdan qorxmayın! Sonra yaxşı, savadlı mətn vermək üçün bir az ağılsız görünmək, başını yelləyərək özünə ağıllı görkəm verib heç nə başa düşməməkdən daha yaxşıdır”, - deyə Stanavov əlavə edib. 

SputnikPro - Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun jurnalistlər, mətbuat katibləri, PR mütəxəssisləri, ali məktəblərin bu ixtisaslar üzrə təhsil alan yuxarı kurs tələbələri, əcnəbi həmkarları ilə təcrübə mübadiləsi etməyə, öz biliklərini bölüşməyə hazır olan mediamenecerlərin və jurnalistlərin silsilə təqdimatları və master-klassları layihəsidir.

Müxtəlif formatlarda mövcud olduğu dövr ərzində bu layihədə 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. SputnikPro-nun əyani master-klassları Azərbaycanda, Ermənistanda, Belarusda, Yunanıstanda, Gürcüstanda, Hindistanda, Qırğızıstanda, Türkiyədə və Estoniyada keçirilib.

SputnikPro layihəsinin nə olduğunu və spikerlərin digər ölkələrdəki master-klasslarda nə barədə danışdığını daha ətraflı öyrənmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://www.facebook.com/SputnikProject/.

Xəbər lenti
0