CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onların yoluxmağa ixtiyarları yoxdur - Bəs əslində vəziyyət necədir

© Sputnik / Irade JELILАвтобус Bakubus, фото из архива
Автобус Bakubus, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Koronavirus panepidemiyası sürücülərin də sağlamlığı ilə bağlı narahatlıq yaradır. Çünki, hər gün onlar minlərlə sərnişin daşıyırlar

 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 10 aprel — Sputnik. "Azərbaycanda avtobus sürücüləri arasında koronavirusa yoluxma halı qeydə alınmayıb. Sürücülərin səhhəti nəzarətdə saxlanılır, onlar xəttə çıxmazdan öncə tibbi müayinədən keçirilir". Bu sözləri bu günü Bakı Nəqliyyat Agetliyinin jurnalistlər üçün keçirdiyi onlayn mətbuat konfransında qurumun mətbuat katibi Mais Ağayev bildirib. O, qeyd edib ki, avtobus sürücülərinin təzyiqi, eləcə də hərarəti hər gün səhər xəttə çıxmazdan öncə yoxlanılır. Hansısa sürücünün səhhətində narahatlıq hiss olunursa, dərhal onun xəttə çıxmasına icazə verilmir:

"Koronavirus panepidemiyası sürücülərin də sağlamlığı ilə bağlı narahatlıq yaradır. Çünki, hər gün onlar minlərlə sərnişin daşıyırlar. Biz sürücülərin səhhətini də nəzərə alaraq sərnişinlərdən xahiş edirik ki, lazım olmadıqca evdən çıxmasınlar, ictimai nəqliyyatdan istifadə etməsinlər. Əgər hər hansı sərnişində bu virus varsa, bu sürücülərin də sağlamlığı üçün təhlükədir. Ona görə də, biz sürücülərin səhhəti ilə bağlı narahatıq".

M.Ağayev bildirib ki, koronavirus panepidemiyası ilə bağlı risk qrupuna daxil olan yaş kateqoriyası üzrə sərnişindaşımada sürücü yoxdur: "Yaşı 65-dən yuxarı olan sürücülər sərnişindaşımada fəaliyyət göstərmir".

Xəbər lenti
0