CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

190 manatla bağlı qeydiyyat başladı - 14 şəhər və rayon üzrə

© Pexels Negative SpaceДевушка сидит за компьютером, фото из архива
Девушка сидит за компьютером, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İnternetə əlçatanlığı olmayan vətəndaşlar olduqları rayon (şəhər) Məşğulluq Mərkəzlərinə işsiz kimi qeydiyyatla alınmaqla bağlı xüsusi karantin rejimi dövründə istənilən gün telefonla müraciət edə bilərlər

BAKI, 9 aprel — Sputnik. Xəbər verdiyimiz kimi, birdəfəlik ödəməni (190 AZN) almaq hüququna baxılması üçün işsiz şəxslərin qeydiyyatı ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq, ölkənin şəhər və rayonları üzrə elektron qaydada müraciət günləri qrafikə bölünüb.

Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda bildirilir ki, qrafikə uyğun olaraq bu gün Bakı ərazisində Xətai, Nərimanov, Nizami, Qaradağ rayonları, bölgələrdə isə Sumqayıt, Abşeron, Xaçmaz, Quba, Şirvan, Ağdaş, Qusar, Hacıqabul, Şabran, Siyəzən şəhər və rayonlarında elektron müraciət qaydası ilə işsiz şəxslərin elektron qaydada qeydiyyatlarına start veriləcək.

İşsiz statusuna uyğun gələn şəxslər olduqları rayon (şəhər) üzrə www.e-sosial.az portalı vasitəsilə elektron qaydada müraciətlərini edə bilərlər. 

Bildirilib ki, 12 aprel tarixindən etibarən bu məhdudiyyət aradan qaldırılacaq.

İnternetə əlçatanlığı olmayan vətəndaşlar isə olduqları rayon (şəhər) Məşğulluq Mərkəzlərinə işsiz kimi qeydiyyatla alınmaqla bağlı xüsusi karantin rejimi dövründə istənilən gün telefonla müraciət edə bilərlər. Rayon (şəhər) Məşğulluq Mərkəzlərinin telefon nömrələrini bu linkə daxil olmaqla öyrənmək olar.

Xəbər lenti
0