13:21 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
118210

İnsan oğlu indi ona qəfəsi xatırladan evinə qapanmağa məcburdur. Əsrlərlə zülm verdiyi təbiət isə fürsətdən istifadə edib "qırışığını" açır, təmizlənir və sanki "məni təbdən çıxarma" deyir

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 9 aprel — Sputnik. NASA alimləri Çində havanın təmizlənməsi ilə bağlı möhtəşəm kəşf ediblər. Bu məlumatlar kosmik agentliyin peykdən çəkilmiş şəkilləri ilə təsdiqlənib. NASA-nın yaydığı şəkillərdə Çində azot dioksidlərinin səviyyəsinin aşağı düşməsi müşahidə edilib.

Əvvəlcə hava Çinin Uhan şəhəri ətrafında təmizlənməyə başlayıb. Fevralın sonundan başlayaraq bu tendensiya bütün ölkə ərazisinə yayılıb.

Zaqtalada mənzərə, arxiv şəkli
© Sputnik / Shahperi Abbasova

Qeyd edək ki, azot dioksidləri avtonəqliyyat, elektrik stansiyaları və sənaye obyektlərinin fəaliyyəti nəticəsində yaranır.

Eyni hal İtaliya və İranda da öz təsdiqini tapıb.

Bəs Azərbaycanda necə, koronavirus təhlükəsi ilə bağlı elan edilmiş xüsusi karantin rejimi atmosfer havasının təmizlənməsində rol oynayıbmı?

Sputnik Azərbaycan bu sualla Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib. Məsələ ilə bağlı nazirliyin Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, aprel ayının ilk günlərində Bakıda monitorinq keçirilib. Nəticələrə əsasən, paytaxtın Neftçilər, Nobel, Qara Qarayev, Heydər Əliyev prospektlərində və Ukrayna dairəsində atmosferə atılan çirkləndirici qaz qarışıqlarının sanitar norma daxilində olduğu müəyyən edilib:

"2020-ci ilin mart ayında həmin ərazilərdə aparılmış monitorinqlərin nəticəsində isə havada azot 4-oksid və dəm qazı yol verilən qatılıq həddindən artıq olmuşdu. Dünyada yayılmış koronavirus pandemiyası ilə əlaqədar ölkədə elan olunan ciddi karantin vəziyyətinə görə paytaxtda nəqliyyatın sıxlığı əhəmiyyətli dərəcədə azalıb, ictimai-iaşə obyektləri və digər müəssisələrin fəaliyyəti məhdudlaşdırılıb, bununla da atmosferə atılan qaz qarışıqlarının miqdarı minimuma enib".

Həmçinin bildirilib ki, Bakı şəhərində 22 mart tarixindən başlayan sosial izolyasiya tədbirlərindən sonra atmosfer havasına atılan tullantıların miqdarı 25-30 faiz, gücləndirilmiş izolyasiya tədbirlərindən sonra - 7 aprel tarixində isə 45-50 faiz azalıb. Bununla yanaşı, aprel ayının əvvəlində arabir yağıntılı və küləkli günlərin olması da havanın təmizlənməsi üçün şərait yaradıb.

Hansı hava şəraiti koronavirusu dayandıracaq?>>

Ekoloq Cəmşid Bəxtiyar Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, avtomobillərin hərəkətinin məhdudlaşdırılması və hərəkətdə olan avtomobillərin sayının az olması ətraf mühitə atılan zəhərli tullantıların azalması deməkdir:

"Yəni avtomobillərin hərəkəti az olduqca, ətraf mühitə atılan zərərli maddələr də azalacaq. İnsan amilinin ətraf mühitlə təmasının azalmasının da təbiətə faydası var. Ətraf mühitə vurulan zərərin əsas hissəsi antropoloji amillərdən, yəni insan amilindən qaynaqlanır".

Ekoloq qeyd edib ki, bu gün bütün dünyada həyata keçirilən "evdə qal" aksiyası ətraf mühitin təmizlənməsində böyük rol oynayır.

Əsas mövzular