CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş Nazir Milli Məclisə hesabat verəcək

© Photo : REPORTAzərbaycan Respublikasının Baş Naziri Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov - Sputnik Azərbaycan
Abunə olmaq
Yaşı 65-i keçmiş deputatların plenar iclasda iştirakına gəlincə, Akif Təvəkküloğlu bildirib ki, onlardan xahiş olunub ki, karantin rejiminin qaydalarına əməl etsinlər

BAKI, 8 aprel — Sputnik. "Azərbaycan Konstitusiyasının tələbinə görə, Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının 5-ci iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilir. Karantin rejimi ilə əlaqədar olaraq Milli Məclisin sabah keçiriləcək plenar iclasında Baş Nazir Əli Əsədovun videohesabatı dinləniləcək".

Bunu Sputnik Azərbaycan-a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

Onun sözlərinə görə, videohesabatdan sonra aparılan müzakirələr zamanı deputatlar tərəfindən səsləndirilən rəy və təkliflər ümumiləşdirilərək Nazirlər Kabinetinə göndəriləcək.

Yaşı 65-i keçmiş deputatların plenar iclasda iştirakına gəlincə, A.Təvəkküloğlu bildirib ki, onlardan xahiş olunub ki, karantin rejiminin qaydalarına əməl etsinlər.

Qeyd edək ki, Milli Məclisin növbəti plenar iclası sabah – aprelin 9-da keçiriləcək, iclasın gündəliyinə altı məsələ təklif olunub.

Xəbər lenti
0