CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Orucluğun başlayacağı tarix açıqlandı

© AFP 2023 / ROBERT ATANASOVSKIМусульмане соблюдающие пост в священный месяц Рамазан ждут Азан, фото фото из архива
Мусульмане соблюдающие пост в священный месяц Рамазан ждут Азан, фото фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu il Şaban ayı 30 gün olacaq. Ona görə də təqvimə əsasən, Ramazan bayramının mayın 24-də olacağı gözlənilir

BAKI, 8 aprel — Sputnik. Azərbaycanda Ramazan ayının başlanacağı tarix açıqlanıb. Sputnik Azərbaycan real.tv-yə istinadla xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev məlumat verib.

O bildirib ki, aprelin 25-i Ramazan ayının ilk günü olacaq: "Bu il Şaban ayı 30 gün olacaq. Ona görə də təqvimə əsasən, Ramazan bayramının mayın 24-də olacağı gözlənilir".

Qeyd edək ki, İslam aləmində Ramazan ayı müddətində valideynlərə, qohum-əqrəbaya baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara diqqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin ziyarəti bəyənilən əməllərdən hesab olunur.

Xəbər lenti
0