03:55 07 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
22 0 0

Meyitin tapıldığı ərazidə ona aid olduğu ehtimal edilən içərisi qəhvəyi, çölü isə mavi rəngli parça gödəkçə, göy rəngli cins şalvar, qara rəngli köynək tapılıb.

BAKI, 8 aprel — Sputnik. İsmayıllı rayonunun Tubukənd kəndi ərazisində tanınmaz halda olan naməlum kişi meyiti aşkar edilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, meyitin tapıldığı ərazidə ona aid olduğu ehtimal edilən içərisi qəhvəyi, çölü isə mavi rəngli parça gödəkçə, göy rəngli cins şalvar, qara rəngli köynək tapılıb. Yaşı təxminən 30-40 arası, qan qrupu 3+dir.

Şəxsiyyəti istintaqa məlum olmayan, yuxarıda qeyd olunmuş əlamətlərə uyğun gələn şəxs barəsində məlumatı olanlardan DİN-in "102" Zəng Mərkəzinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər, (050) 280-45-00, (050) 210-94-95 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Əsas mövzular