22:44 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
23 0 0

"Bakı Taksi Xidməti"nə məxsus London taksilərini çıxmaq şərtilə, digər taksi xidmətlərində qiymətləri fərdi sahibkarlar müəyyən edir"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 7 aprel - Sputnik. Taksi sürücüləri artıq "Azərpoçt"dan da fərqlənmə nişanını əldə edə biləcəklər. Sputik Azərbaycan-ın məlumatına görə, yeni qayda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Mətbuat Katibi Nuridə Allahyarovanın sözlərinə görə, bu günə kimi 201 taksi sürücüsü fərqlənmə nişanı əldə edib: "Vəziyyətdən sui-istifadə etmək istəyən şəxslərə fərqlənmə nişanı verilməyəcək. Son altı ayda mütəmadi olaraq fərqlənmə nişanı alan taksi sürücülərinə üstünlük veriləcək".

DANX rəsmisi süni qiymət artımına da münasibət bildirib: "Bakı Taksi Xidməti"nə məxsus London taksilərini çıxmaq şərtilə, digər taksi xidmətlərində qiymətləri fərdi sahibkarlar müəyyən edir. Amma bununla belə qiymət artımı müşahidə olunduqda vətəndaşlar "16-55" Çağrı Mərkəzinə müraciət edə bilərlər".

Əsas mövzular