CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkəmizdə insanları öldürmək üçün koronavirusla yarışa girən var

© AFP 2023 / PIERO CRUCIATTIБольница, фото из архива
Больница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tanınmış azərbaycanlı həkimin təklifi şok yarada bilər: 40 faizlik alkoqolun qəbulu qadağan edilsin.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 6 aprel — Sputnik. Hazırda bütün dünyada tüğyan edən koronavirusdan qorunmaq üçün insanlar tərəfindən müxtəlif qabaqlayıcı addımlar atılır. Lakin bəzi hallarda atılan bu addımların heç bir tibbi izahı olmur.

Son iki həftə ərzində “Metil spirti zəhərlənməsi" diaqnozu ilə Kliniki Tibbi Mərkəzə müraciət edən 13 nəfərdən 8-i dünyasını dəyişib. Koronavirusdan dünyasını dəyişənlərin sayı isə 7 olub. Göründüyü kimi, koronavirusla mübarizə məqsədilə, insanların səhvən, bilmədən atdıqları addımlar daha çox risk yaradır.

Tibb üzrə ekspert Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında hər kəsi diqqətli olmağa səsləyib: "Texniki spirtin içilməsi heç bir izaha, məntiqə sığan bir addım deyil. Məgər insanlar nəfsini idarə edə bilmirlər? Vacibdir ki, spirt qəbul olunsun? İnsanları sənaye istehsalı olmayan, süni spirt məhsullarından uzaq durmağa səsləyirəm".

"Ümumiyyətlə, indiki dövrdə qida dozasında, yəni 40 faizlik spirt, alkoqol qəbulu qadağan edilməlidir. Çünki alkoqolun qəbulu immun sistemini, orqanizmi zəiflədir, eyni zamanda da koronavirusla mübarizədə də problem yaradır", - deyə A.Qeybulla əlavə edir.

Tibb üzrə ekspert mentalitetin də virusla mübarizədə xüsusi rolundan danışıb: "Bugün Avropada koronavirusla mübarizə mentalitetin də mühüm rolunun olduğunu göstərir. Məsələn, Almaniyada göstərilən müdrikcəsinə mübarizə nəticəsində vəziyyət lokollaşdırıldı".

Xəbər lenti
0