CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azadlığa çıxanların 11-i qadındır

CC BY 2.0 / jmiller291 / Solitary ConfinementТюремная камера, фото из архива
Тюремная камера, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Koronavirusa qarşı görülən sosial izolyasiya tədbirləri çərçivəsində bu şəxslərin yaxın qohumları ilə görüşləri dayandırılmışdı.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 7 aprel — Sputnik. Ötən gün Prezident İlham Əliyev koronavirus infeksiyasının yayılması ilə əlaqədar 176 məhbusun azad edilməsi barədə əfv fərmanı imzalayıb. İmzalanan sərəncamda "yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların" nəzərə alındığı qeyd olunur. Bu əfv fərmanına görə, ömürlük azadlıqdan məhrum edilən 2 nəfər də azadlığa buraxılıb.

Bunu Ədliyyə Nazirliyi yanında cəzaçəkmə müəssisələrinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü, keçmiş millət vəkili Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a açıqlamasında bu haqda məlumat verib. O bildirib ki, ömürlük azadlıqdan məhrum edilənlərin biri 20 il, digəri isə 25 il cəza çəkib. Beləliklə, bu əfv fərmanının imzalanması ilə yaşı 65-dən yuxarı olan məhbusların 90 faizi azadlığa çıxmış oldu: "Məhbusların davranışı, ailə vəziyyəti və bir çox məsələlər nəzərə alınmaqla xüsusi risk qrupuna daxil olan bu şəxslərə qarşı cənab Prezident humanizm nümayiş etdirərək onların azadlığa buraxılması üçün əfv fərmanı imzalayıb. Ola bilər ki, kimlərdəsə sual yarana ki, niyə məhz bu şəxslər azadlığa buraxılır, çünki onların arasında ağır cinayətlər törətmiş şəxslər də var. Belə bir addımın atılmasının səbəbi həmin şəxslərin xüsusi risk qrupuna aid olmasıdır. Onlar kiminsə köməyindən istifadə etməklə hərəkət edirlər. Bundan başqa, bu şəxslərin əksıriyyətinin xroniki xəstəlikləri var. Hansı ki, bu cür hallarda həmin şəxslər koronavirusa görə daha həssas qrup hesab edilirlər".

Ə.Nuriyev bildirib ki, bu şəxslərin azadlığa buraxılması, doğmalarının qoynuna atılması onların müqavimətini daha da möhkəmləndirir. "Koronavirusa qarşı görülən sosial izolyasiya tədbirləri çərçivəsində bu şəxslərin yaxın qohumları ilə görüşləri dayandırılmışdı. Bu məsələ də onlara iztirab verirdi. Çünki qohumlar, yaxınlar arasında olmaq, onlarla görüşmək iztirabı azaldır, onlara güc verir", - deyə o əlavə edib.

Bundan başqa, Ə.Nuriyev qeyd edib ki, azadlığa buraxılanlardan 2-si Nardaran hadisələrinə görə həbs olunan şəxslərdir.

Xəbər lenti
0