15:18 11 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
117110

Yataqxanalarda hamam və mətbəx ümumi istifadədə olduğuna görə virusun sürətlə yayılma ehtimalı çox yüksəkdir. Buna görə Avropada həmin məkanlar boşaldılır

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 7 aprel — Sputnik. Koronavirusun yayıldığı dönəmdə dezinfeksiya tədbirləri günü-gündən gücləndirilir. Bu məqamda insanların ümumi yerləşmə yerləri, yataqxanalar koronavirusun yayılması üçün təhlükəli məkanlar hesab olunur. Elə iqtisadçı alim Qubad İbadoğlu da bildirib ki, koronavirusun yayılma ehtimalının ən çox olduğu məkanlardan biri də yataqxanalardır:

"Bu yataqxanalarda hamam və mətbəx ümumi istifadədə olduğuna görə virusun sürətlə yayılma ehtimalı çox yüksəkdir. Risk dərəcəsi yüksək olan yataqxanalar boşaldılmalı, orada yaşayanlar müvəqqəti olaraq mehmanxanalarda yerləşdirilməlidirlər. Avropa ölkələrində yataqxanaları koronavirusun yayılma ehtimalı yüksək olduğuna görə boşaldırlar. Azərbaycanda isə Yasamalda və Dərnəgüldəkı yataqxanalarda yaşayan məcburi köçkünlər, eləcə də Sumqayıt BTZ-nin 1 saylı yataqxanasında məskunlaşanlar yüksək risk zonasına daxil edilməlidirlər. Hesab edirəm ki, əlaqədar orqanlar təcili tədbirlər görməlidir".

Bəs görəsən, məcburi köçkünlərin məskunlaşdığı və digər yataqxanalarda bu istiqamətdə hansı işlər aparılır?

Bakı Şəhər Mənzil Kommunal Departamentindən Sputnik Azərbaycan-a bildirdilər ki, onların balansında cəmi 11417 bina var: "Həmin binaların hamısında dezinfeksiya işləri aparılıb. Kooperativlərin balansında isə 2000-ə qədər bina var. O binaların çoxu kooperativlər, qalanları isə Departament tərəfindən dezinfeksiya olunub. Elə yataqxanalar da bu binaların içərisindədir".

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qurum dezinfeksiya aparmır. Məcburi köçkünlərin məskunlaşma yerləri, yataqxanalar başqa qurumların nəzdində olduğundan Komitə həmin yataqxanaların dezinfeksiyası üçün müraciət edir: "Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (COVID - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə paytaxtda məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində dezinfeksiya tədbirləri davam etdirilir. 

Belə ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi paytaxt ərazisində məcburi köçkünlərin sıx məskunlaşdığı bütün bina və tikililərdə dezinfeksiya işlərinin aparılması üçün Səhiyyə Nazirliyinə, "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi"nə, şəhər və rayon icra hakimiyyətinə müraciət edib. Komitə aparatının müvafiq şöbəsi və yerli sektorlar dezinfeksiya işlərinin gedişini diqqətdə saxlayır, məcburi köçkünlərin bu məsələ ilə bağlı hər bir müraciətinə həssaslıqla yanaşır, zəruri tədbirlər həyata keçirirlər. İndiyədək Bakı şəhərinin bütün rayonlarında məcburi köçkünlərin sıx məskunlaşdığı bina və tikililərdə dezinfeksiya işlərinin aparıldığı bildirilir. Dezinfeksiya işləri ümumi istifadə yerlərində, girişlərdə və onların ətrafında, məişət tullantılarının atıldığı konteyner meydançalarında aparılıb.

Bundan başqa, xəstəliyə yoluxma hallarına yol verilməməsi və infeksiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə məcburi köçkünlərdən Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin rejiminə və özünütəcridə əməl etmək, əhalinin təhlükəsizliyinin qorunması məqsədilə dövlətimizin həyata keçirdiyi tədbirlərə dəstək vermək tövsiyə edilir.

Onu da xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması Qaydası"nın 6-cı bəndinə əsasən, məcburi köçkünlərin müvəqqəti məskunlaşdırıldığı binaların saxlanılması, təmiri, bərpası ilə əlaqədar məsələlər həmin binaların balansında olduğu idarə, müəssisə, təşkilatlar, habelə yerli şəhər və rayon icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir".

Əlaqədar

Bakıda küçələr necə yuyulur – VİDEO
Banklardan koronavirusla bağlı müştərilərə məsləhət
Ziyankar sərnişinlər koronavirusa kömək edirlər
Ölkəmiz dronla dezinfeksiya olunacaq
Gəmi kapitanlığından dezinfeksiyaya - GÜNÜN QƏHRƏMANLARI

Əsas mövzular