CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev əfv sərəncamı imzaladı

Abunə olmaq
Sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilir

BAKI, 6 aprel — Sputnik. Dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılıb.

Sputnik Azərbaycan bildirir ki, Prezident İlham Əliyev məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq 176 nəfərin cəzanın çəkilməmiş hissəsindən azad edilməsi barədə Sərəncam imzalayıb.

Əfv olunanların siyahısı Sərəncamda əksini tapıb. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xəbər lenti
0