CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda ərzaq mağazaları da spirt və maska satışına başladı

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidПроизводство антисептических средств, фото из архива
Производство антисептических средств, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Marketlərdə 100 qramlıq 95%-lik tibbi spirtin qiyməti 2 manatadır. Qeyd edək ki, eyni flakonda tibbi spirtlər apteklərdə 50-70 qəpiyə satılır

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 6 aprel — Sputnik. Bakının bəzi marketlərində tibbi spirt və maskaların satışına başlanılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, koronavirus infeksiyasının yayılması ilə tibbi spirtə və maskaya tələbat artdığından, bəzi ərzaq dükanları da artıq bu məhsulların satışını həyata keçirir.

Marketlərdə 100 qramlıq 95%-lik tibbi spirtin qiyməti 2 manatadır. Qeyd edək ki, eyni flakonda tibbi spirtlər apteklərdə 50-70 qəpiyə satılır. Amma mağazalarda 1 litrlik spirtlər 7 manata təklif olunur.

Satıcılar Sputnik Azərbaycan-a bildiriblər ki, əvvəllər ərzaq mağazalarında tibbi spirtin satışına icazə verilməsə də, hazırda bu qadağa aradan qaldırılıb.

Tibbi maskalar isə əlaltından satılır. Alıcılar Sputnik Azərbaycan-a bildiriblər ki, Bakıda Bayılda bəzi mağazalarda kassaya "maska" deyə yaxınlaşdıqda kassir alıcıları satıcıya yönəldir. Beləcə, maskalar mağazalarda satılır. Maskanın bir ədədi mağazalarda 50 qəpiyə təklif edilir.

Xəbər lenti
0