01:54 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
276 0 0

Bu gün kölgə iqtisadiyyatında fəaliyyət göstərən bir sıra təşkilatlar var. Hazırda  bu şirkətlər zəng edərək etiraf edirlər ki, rəsmi, xidməti müqavilə olmadan işçi işlədirlər

BAKI, 4 aprel — Sputnik. Meyvə-tərəvəz satışı ilə məşğul olan VÖEN sahibləri polis tərəfindən saxlanılarkən nə etməlidirlər, yaxud da satışı nəzərdə tutulan meyvə-tərəvəzin daşındığı avtomobilə görə necə icazə alınmalıdır?

Sputnik Azərbaycan xəbər verir ki, bu gün Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov ASAN Radio-da canlı yayımda ikən bu sualları cavablandırıb. O bildirib ki, bu suallarla əlaqədar olaraq VÖEN sahibləri 9108-ə müraciət etməlidirlər. Bu zaman VÖEN araşdırılacaq.

Bunun üçün mütləqdir ki, VÖEN səlahiyyətli olsun. VÖEN səlahiyyətlidirsə, bu zaman hüquqi şəxs yaratmadan da fiziki şəxslər qeyd olunan portalda öz icazələrini alaraq fəaliyyət göstərə biləcəklər: "Burada əsas məsələ odur ki, bu gün kölgə iqtisadiyyatında fəaliyyət göstərən bir sıra təşkilatlar var. Hazırda  bu şirkətlər zəng edərək etiraf edirlər ki, rəsmi, xidməti müqavilə olmadan işçi işlədirlər. Onlar sual verirlər ki, həmin işçilərin icazəsini necə ala bilərlər.

Qeyd edim ki, icazələrin alınması üçün həmin şəxslər şirkətə bağlı olan şəxslər olmalıdırlar. Onların əmək bildirişi sistemində müqavilələri əksini tapmalıdır. Çünki icaze.e-gov.az-a daxil olan məlumatlar aidiyyəti qurumlara da yönləndirilir".

Qeyd edək ki, vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb:

Əlaqədar

Evdən çıxmaq icazələri barədə İbrahim Məmmədovdan açıqlama
Fariz Cəfərov sahibkarlar üçün icazə qaydalarını açıqlayır
Cərimə və həbs olunmamaq üçün oxuyun: karantində yasaqlar
İş icazəsi ilə digər işləri görmək mümkün olmayacaq
Yalnız bu hallarda icazəsiz çıxa biləcəksiniz, amma...

Əsas mövzular