CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ötən gün 1200-ə yaxın avtomobil geri qaytarılıb

© Sputnik / Murad OrujovСотрудник дорожной полици, фото из архива
Сотрудник дорожной полици, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə 19.03.2020-ci il tarixindən bu günədək 18 775 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.

BAKI, 4 aprel — Sputnik. Ötən gün karantin rejimi ilə bağlı 1199 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, zərurət olmadan yaşadığı mənzildən çıxaraq nəqliyyat vasitələri ilə postların yerləşdiyi ərazilərdən keçməyə cəhd göstərməklə karantin rejiminin pozulmasına görə 2189 sürücü və sərnişinin barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilib.

Məlumata görə, 03.04.2020-ci il saat 08:00-dan 04.04.2020-ci il 08:00-dək olan müddət ərzində Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 15-i rayon, 111-i paytaxt istiqamətinə olmaqla 126, Bakı-Şamaxı-Yevlax yolunun 86-cı km-də yerləşən keçid postundan 4-ü rayon, 31-i paytaxt istiqamətinə olmaqla 58, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 48-i rayon, 60-ı paytaxt istiqamətinə olmaqla 108, Sumqayıt şəhəri ərazisində yerləşən keçid postundan 180 və Abşeron rayonu ərazisində yerləşən keçid postundan 750 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

Ümumilikdə 19.03.2020-ci il tarixindən bu günədək 18 775 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.

Xəbər lenti
0