CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Didərgin milyonçunun son məkanı: vəsiyyəti yerinə gəlincə iki dəfə köçdü - FOTO

© Sputnik / Irade JELILMurtuza Muxtarov məscidi ( Minarəli məscid )
Murtuza Muxtarov məscidi ( Minarəli məscid ) - Sputnik Azərbaycan
Abunə olmaq
"Onu 1920-ci ildə indiki "Səadət" sarayında güllələyərək öldürüblər. Onu öldürən əsgər sonradan özü intihar edib. Hətta biz onun qalıqlarını köçürmək üçün götürəndə kəllə sümüyündə olan güllə dəliyini də gördük"

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 4 aprel — Sputnik. Bakı kəndləri Azərbaycan tarixinin zənginliyini özündə əks etdirən tarixi abidələri ilə hər zaman fərqliliyini qoruyub. Məscid və pirləri, hamamları, kurqanları ilə diqqət mərkəzində olub.

Bu dəfə Sputnik Azərbaycan Bakının Əmircan kəndində yerləşən, azərbaycanlı neft milyonçusu Murtuza Muxtarovun sifarişi ilə inşa edilən Cümə məscidi haqqında danışacaq.

© Sputnik / Irade JELILMəscidin iki minarəsi var və minarələrini hündürlüyü 47 metrdir
Didərgin milyonçunun son məkanı: vəsiyyəti yerinə gəlincə iki dəfə köçdü - FOTO - Sputnik Azərbaycan
Məscidin iki minarəsi var və minarələrini hündürlüyü 47 metrdir

Məscidin inşasına 1901-ci ildə başlanılıb. Məscidin axundu Hacı Rəhim Kərimov bildirib ki, 1908-ci idə məscidin açılışı olub.

© Sputnik / Irade JELILMəscidin axundu Hacı Rəhim Kərimov
Didərgin milyonçunun son məkanı: vəsiyyəti yerinə gəlincə iki dəfə köçdü - FOTO - Sputnik Azərbaycan
Məscidin axundu Hacı Rəhim Kərimov

Onun sözlərinə görə, məsciddə axund vəzifəsi ilk olaraq Mirzə Həmzəyə həvalə edilib.

"Həmin dövrlərdə məsciddə xütbələri, hədisləri Mirzə Həmzə danışarmış. Əhalinin də dinə marağı, inamı böyük olduğu üçün hamı məscidə gələrmiş. Onu da deyim ki, məscidin baş ustası Kərbəlayi Əhməd olub. Məscidin ikinci axundu isə Mirzə Abuturab olub. Axund 1937-ci ildə dünyasını dəyişib".

Qeyd edək ki, məscid Zivərbəy Əhmədbəyovun layihəsi əsasında tikilib.

© Sputnik / Irade JELILMəscidin giriş qapısının hündürlüyü 6 metrdir
Didərgin milyonçunun son məkanı: vəsiyyəti yerinə gəlincə iki dəfə köçdü - FOTO - Sputnik Azərbaycan
Məscidin giriş qapısının hündürlüyü 6 metrdir

Axundun sözlərinə görə, məscid dörd nəhəng tağ üzərində dayanıb. Binanın divarlarının qalınlığı isə bir metrə qədərdir. Bu tağlar həm də sütun rolunu oynayır.

"Məscidin giriş qapısının hündürlüyü 6 metrdir. Qapının üstündə kitabədə peyğəmbərlərə salam yer alıb", - deyən axund vurğulayıb ki, məscidin iki giriş qapısı var.

© Sputnik / Irade JELILMəscid Zivərbəy Əhmədbəyovun layihəsi əsasında tikilib
Didərgin milyonçunun son məkanı: vəsiyyəti yerinə gəlincə iki dəfə köçdü - FOTO - Sputnik Azərbaycan
Məscid Zivərbəy Əhmədbəyovun layihəsi əsasında tikilib

Məscidin iki minarəsi var və onların hündürlüyü 47 metrdir. Deyilənə görə, əvvəllər məscid bir minarə ilə tikilib. İkinci minarə sonradan əlavə edilib. Minarəyə qalxmaq üçün 187 pilləkən çıxmalı olursan. Minarələrarası keçid də xüsusilə diqqət çəkir.

Qeyd edək ki, hazırda azərbaycanlı maqnatın məzarı Cümə məscidinin həyətindədir. Məzarın layihəsi Hacı Eldar Mikayılzadə tərəfindən hazırlanıb. Qəbrin üzərində tikdirdiyi məscid və buruqların eskizləri yer alıb.

Məzarın üzərində Qurani-Kərimdən ayə və surələr həkk olunub.

Axund danışır ki, Murtuza Muxtarov vəfat edəndə vəsiyyət edib ki, onu məscidin həyətində dəfn etsinlər. Ancaq o, dünyasını dəyişəndə onu Çəmbərəkənd qəbiristanlığında dəfn ediblər. Sonradan məzarı əvvəlcə kənd qəbiristanlığına, sonra isə buraya köçürülür.

© Sputnik / Irade JELILHazırda azərbaycanlı maqnatın məzarı Cümə məscidinin həyətindədir
Didərgin milyonçunun son məkanı: vəsiyyəti yerinə gəlincə iki dəfə köçdü - FOTO - Sputnik Azərbaycan
Hazırda azərbaycanlı maqnatın məzarı Cümə məscidinin həyətindədir

Əmircan Cümə məscdinin dini icmasının sədri Hacıbala Eyvazov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Murtuza Muxtarovun məzarı kənd qəbiristanlığını su basdığından köçürülüb.

O, həmçinin bildirib ki, bu il Murtuza Muxtarovun ölümünün yüz illiyi tamam olur: "Onu 1920-ci ildə indiki "Səadət" sarayında güllələyərək öldürüblər. Onu öldürən əsgər sonradan özü intihar edib. Hətta biz onun qalıqlarını köçürmək üçün götürəndə kəllə sümüyündə olan güllə dəliyini də gördük. Onun qalıqlarını 1992-ci ildə köçürdük".

H.Eyvazov qeyd edib ki, Murtuza Muxtarov məscidi tikdirəndə torpaq sahiblərindən halallıq alıb, onların haqqını verib: "M.Muxtarov insanları hər zaman bir yerə yığanda ehsan verər, onların çətinlikərində yardım edərmiş".

Ancaq 1937-ci ildə bütün məscidlər, eləcə də Cümə məscidi bağlanır. Yerində fabrik açılır. Bir müddət sonra isə, yəni 1971-ci ildə məscidi Səttar Bəhlulzadə adına sərgi salonu edirlər.

© Sputnik / Irade JELILMəzarın layihəsi Hacı Eldar Mikayılzadə tərəfindən hazırlanıb
Didərgin milyonçunun son məkanı: vəsiyyəti yerinə gəlincə iki dəfə köçdü - FOTO - Sputnik Azərbaycan
Məzarın layihəsi Hacı Eldar Mikayılzadə tərəfindən hazırlanıb

1989-cu ilə qədər sərgi salonu kimi fəaliyyət göstərən bina həmin il yenidən məscid kimi fəaliyyətə başlayır.

© Sputnik / Irade JELILMurtuza Muxtarov məscidi ( Minarəli məscid )
Didərgin milyonçunun son məkanı: vəsiyyəti yerinə gəlincə iki dəfə köçdü - FOTO - Sputnik Azərbaycan
Murtuza Muxtarov məscidi ( Minarəli məscid )

Bu gün Cümə məscidi bütün əmircanlıların namaza yığıldığı, Allaha dua etdiyi bir məkandır. İndi hər bir əmircanlı dualarında Murtuza Muxtarovu xatırlayır, rəhmət oxuyur.

Xəbər lenti
0