CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağac kəsən şəxs cəzalandırılıb

CC0 / John-Silver / woodВырубка деревьев, фото из архива
Вырубка деревьев, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Araşdırma zamanı ağacların Şəmkir şəhər sakini Aydın Budaqov tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

BAKI, 3 aprel — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Şəmkir şəhərində ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat yerində araşdırılıb. Bu barədə Sputnik Azərbaycan-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nazirliyin əməkdaşları tərəfindən əraziyə keçirilən baxış zamanı 9 müxtəlif cinsli ağacın kəsildiyi və təbiətə 1440 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Araşdırma zamanı ağacların Şəmkir şəhər sakini Aydın Budaqov tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Şəmkir rayon Prokurorluğuna göndərilib.

Xəbər lenti
0