CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Jurnalistlər üçün karantin qaydaları - Sumqayıtdan Bakıya...

© © Tom Brenner/Getty Images/AFPЖурналисты, фото из архива
Журналисты, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bakıda yaşayan jurnalist Bakı, Sumqayıt və Abşeronda sərbəst fəaliyyət göstərəcək. Amma rayonlara gedə bilməz. Gəncədə işləyən jurnalist də Bakıya gələ bilməz"

BAKI, 2 aprel — Sputnik. "Bakı, Sumqayıt və Abşeron ərazisində yaşayan jurnalistlər polis postlarından sərbəst keçə biləcəklər. Bu ərazilərdə yaşayan jurnalistlər iş vəsiqəsi və ya xüsusi icazə arayışı təqdim etməlidirlər. Həmin jurnalistlərin yalnız Bakı, Sumqayıt və Abşeron ərazilərində hərəkəti sərbəstdir". Sputnik xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Daxili  İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovniki Əziz Baqişov deyib.

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib ki, jurnalistlərin fəaliyyətinə məhdudiyyət yoxdur: "Ümumilikdə jurnalistlər də rayonlar və şəhərlərarası hərəkətə qoyulmuş qadağalara əməl etməlidirlər. Bakıda yaşayan jurnalist Bakı, Sumqayıt və Abşeronda sərbəst fəaliyyət göstərəcək. Amma rayonlara gedə bilməz. Gəncədə işləyən jurnalist də Bakıya gələ bilməz".

Xəbər lenti
0