CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mehriban Əliyeva yenidən xalqa səsləndi

Abunə olmaq
"Dəqiq təlimatlara ciddi və qeyd-şərtsiz riayət etməsək, göstərilən səylər gözlənilən nəticəni verməyə bilər"

BAKI, 1 aprel — Sputnik. "Bizim hamımız, demək olar ki, hər birimiz görülən tədbirləri, sərf olunan əməyi dəstəkləməsək, vətəndaş, sadəcə insan məsuliyyəti nümayiş etdirib dəqiq təlimatlara ciddi və qeyd-şərtsiz riayət etməsək, göstərilən səylər gözlənilən nəticəni verməyə bilər".

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sosial şəbəkədə etdiyi paylaşımda deyilir.

Xatırladaq ki, martın 18-də  Birinci vitse-prezident həmvətənlərimizə səslənərək hamını vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırmışdı.

Bir başqa paylaşımında isə Mehriban Əliyeva tibb işçilərinə fədakarlıqlarına, imkanları daxilində sərf etdikləri əməyə, hər gün nümayiş etdirdikləri qəhrəmanlığa görə minnətdarlığımı bildirmişdi.

Xəbər lenti
0