CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda bütün avtobuslar xəttə çıxarıldı

© Sputnik / Murad OrujovBakıda nəqliyyatın hərəkəti
Bakıda nəqliyyatın hərəkəti - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün də səhər saatlarından metro stansiyalarının ətrafında sıxlıq müşahidə edilib, əksər vətəndaşlar sosial təcrid qaydalarına əməl etməyiblər

BAKI, 1 aprel — Sputnik. Paytaxtda sərnişin sıxlığının qarşısını almaq üçün istehsalat bazasındakı bütün avtobuslar xəttə çıxarılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib. Onun sözlərinə görə, bu gün də səhər saatlarından metro stansiyalarının ətrafında sıxlıq müşahidə edilib, əksər vətəndaşlar sosial təcrid qaydalarına əməl etməyiblər.

Xatırladaq ki, ötən gün Nazirlər Kabineti yanında Operativ Qərargah əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı metrosunun bağlanmasına, sərnişin daşımalarının yalnız müntəzəm və ekspres xətt avtobusları ilə həyata keçirilməsinə qərar verib. Bundan sonra BNA bütün ekspres xətlər üzrə avtobusların iş qrafikini saat 07:00-dan 20:00-a qədər olmaqla dəyişdirib. Müntəzəm xətlər üzrə avtobusların iş qrafiki isə olduğu kimi saxlanılıb. M. Ağayev bildirib ki, sərnişinlər müntəzəm və ekspres xətlərin hərəkət istiqamətləri həmçinin, avtobusla haradan hara necə gedə biləcəklərini www.alo141.az saytından məlumat əldə də bilərlər. Eyni zamanda, sərnişinlər mobil proqram tətbiqini də yükləyə bilərlər.

Xəbər lenti
0