CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Peyğəmbərin gizləndiyi yer və yaxud niyə hər kəs bura öz adını yazdırmaq istəyir

© Sputnik / Irade JELILNizaməddin məscidi
Nizaməddin məscidi - Sputnik Azərbaycan
Abunə olmaq
Məscidin qapısının üzərində "Dünya bir əyləncə, dəbdəbə, şan-şöhrət və iztirabdan başqa bir şey deyildir" yazılıb.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 1 aprel — Sputnik. Əmircan Bakının qədim kəndlərindən hesab edilir. Əmircanlılar kəndi daha çox "Xilə" adlandırırlar. Çünki kəndin ilk adı Xilə olub. Sonradan dəyişdirilib və Əmircan adlanıdırılıb.

Tədqiatçıların araşdırmalarına görə, kəndin adının mənası ərəb dilindən "Əmir Hac" yəni "hacıların əmiri" deməkdir.

Sputnik Azərbaycan Əmircandan xəbər verir ki, əvvəllər burada ərəb tayfaları yaşayıb. Kəndin 1300 -ə yaxın yaşı var. Xiləni İraqdakı Hilə bölgəsi ilə əlaqələndirənlər də var.

Kənd sakinlərinin sözlərinə görə, Əmir Nizaməddin (XIV) həmin dövlərdə kəndin tanınmış şəxslərindən olub.

Mülkədar olan Əmir elə həmin dövrdə Xilədə məscid də tikdirib. Bu gün həmin məscid Nizaməddin məscidi adlandırılır. Və kəndin ən qədim tarixi abidələrindən hesab edilir.

Tədqiqatçı Faiq Nəsibovun sözlərinə görə, məscid XIV əsrdə yonulmuş ağ əhəng daşından tikilib.

"Məscid Əmir Nizaməddinin sifarişi ilə tikilib. Məscidə el arasında "Moltanı Piri" də deyilir. Həmin dövrdə Şirvanşah Əmir Nizaməddini Hacıların əmiri - əmir hac təyin edibmiş. Əmir Nizaməddin Kəsrani Xilənin syaılan-seçilən şəxslərindən idi. Elə sonradan kəndin adı da ona görə dəyişdirilərək Əmirhacan, sonradan isə Əmircan edilir" - deyən tədqiqatçı vurğulayıb ki, məscidə müxtəlif dövrlərdə dəfələrlə müdaxilə edilib.

© Sputnik / Irade JELILBakının Əmircan kəndində Nizaməddin məscidi
Peyğəmbərin gizləndiyi yer və yaxud niyə hər kəs bura öz adını yazdırmaq istəyir - Sputnik Azərbaycan
Bakının Əmircan kəndində Nizaməddin məscidi

Onun sözlərinə görə, məscidin qapısının üzərində fars dilində "Dünya bir əyləncə, dəbdəbə, şan-şöhrət və iztirabdan başqa bir şey deyildir" yazılıb. İkinci kitabədə isə ərəb dilində məscidin tikilmə tarixi və sifarişçi Əmir Nizaməddin Fəxrəddin oğlunun adı qeyd edilib:"Bu tarix hicri–qəməri tarixi ilə 730-cu ilə, (1329-1330) təsadüf edir.

Tədqiqatçı bildirir ki, 1835-ci ildə məscid Şərifəddin tərəfindən təmir edilir və yeni bir xanə tikilir. Məscidin üzərində başqa kitabələr də var. Kitabələrə əsasən demək olar ki, burada 1830-cu ildə əsaslı təmir işləri aprılıb: "Demək, əsrlər ərzində məscidə müxtəlif müdaxilələr edilib və edilən müdaxilələr müxtəlif kitabələrdə qeyd edilib. Məscidin 1876-cı ildə Məhəmməd Nağı tərəfindən yazılmış kitabələrinin birinin üzərində qeyd edilib ki, "həqiqətən bu məscidi Hacı Rəsul qızı Fatma xanım tikdirib".

Tarixi mənbələrə görə, Fatma xanım məscidi təmir edəərk cənub tərəfə genişləndirib. Qısası görünən odur ki, məscidi kim təmir etdiribsə, öz adını ora yazdırmağı özünə borc bilib".

F. Nəsibov əlavə edib ki, iddialara görə, məscidin altında mağara olub. Və İbrahim peyğəmbər o mağarada gizlənirmiş.

Bu gün məsciddə əsaslı təmir işləri aparılmasa da, mədəniyyət abidəsi kimi dövlət tərəfindən qorunur.

Azərbaycanın bir neçə rayonunda Xilə adlı kəndlər olsa da, deyilənə görə, ən qədimi Abşerondakı Xilə kəndi hesab edilir.

Xəbər lenti
0