22:28 01 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
12 0 0

Xüsusi karantin rejim qaydalarını pozduqlarına görə 428 nəfərə, o cümlədən 98 ictimai iaşə obyekt sahibinə inzibati tənbeh tədbiri tətbiq edilib.

BAKI, 30 mart — Sputnik. Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 29-da 26 cinayətin üstü açılıb.

Sputnik Azərbaycan Bakı şəhər Baş Polis İdarəsinin məlumatına istinadla xəbər verir ki, onlardan 5-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Narkotiklərlə əlaqəli 3, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 14 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə 1 nəfər saxlanılıb.

İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Xüsusi karantin rejim qaydalarını pozduqlarına görə 428 nəfərə, o cümlədən 98 ictimai iaşə obyekt sahibinə inzibati tənbeh tədbiri tətbiq edilib.

Əsas mövzular