01:36 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
16 0 0

RPİ-nin əməkdaşları park və istirahət guşələrində kütləvi şəkildə toplaşan vətəndaşlarla da maarifləndirici söhbətlər aparıblar.

BAKI, 29 mart — Sputnik. Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon İdarəsinin əməkdaşları xidmət ərazilərində mövcud olan apteklərdə süni qiymət artımının qarşısının alınması eləcə də maska və spirtə olan ehtiyacın ödənilməsini təmin etmək məqsədilə yoxlama keçirib.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, polis əməkdaşları apteklərdə qiymətlərlə maraqlanıb, eləcə də əczaçılarla profilaktiki söhbətlər aparıblar. Obyekt rəhbərlərinə qanunun tələbləri ətraflı izah olunub və yarana biləcək süni qiymət artımı və digər neqativ hallarla bağlı qanuna müvafiq qaydada tədbir görüləcəyi bir daha diqqətə çatdırılıb.

Bundan başqa, RPİ-nin əməkdaşları park və istirahət guşələrində kütləvi şəkildə toplaşan vətəndaşlarla da maarifləndirici söhbətlər aparıblar.

Əsas mövzular