CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan təbiətinin gözəlliklərindən evdən çıxmadan həzz alın - VİDEO

© Sputnik / Ilham Mustafayev Göygöl gölü
 Göygöl gölü - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirliyin sözçüsü izləyicilərdən də maraqlı təbiət görüntülərinin alınması və onların qiymətləndirilməsinin təşkil ediləcəyini bildirib

BAKI, 26 mart — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Facebook səhifəsində "Evdə qal, təbiəti seyr et" (#evdəqaltəbiətiseyret ) adlı rubrika başladıb.

Nazirliyin mətbuat katibi İradə İbrahimova Sputnik Azərbaycan-a bildirib ki, rubrikada Azərbaycanın əsrarəngiz təbiət gözəlliklərini, eləcə də milli parkların flora və fauna aləmini əks etdirən filmlər, süjetlər, çarxlar, nümayiş etdiriləcək: ""Evdə qal, təbiəti seyr et" rubrikasında həm də təbiət hadisələri barədə düşündürücü məlumatlar veriləcək, ekoloji animasiyalar nümayiş etdiriləcək.

Bölümdə ekologiyaya aid müxtəlif suallar, maraqlı faktlar yerləşdirməklə izləyicilərin ətraf mühit hadisələri ilə daha yaxından tanış olmaları, biliklərini genişləndirməsi üçün də şərait yaradılacaq".

Nazirliyin sözçüsü izləyicilərdən də maraqlı təbiət görüntülərinin alınması və onların qiymətləndirilməsinin təşkil ediləcəyini bildirib.

Xəbər lenti
0